Accessibility links

Kiberhücumçular 70 milyon dollar tələb edir


Kütləvi kiberhücumda şübhəli bilinən hakerlər ələ keçirdikləri kompüter sistemləri qarşılığında 70 milyon dollar dərəyində kriptovalyuta ödənməsini tələb edib.

Tələb bazar günü Rusiya ilə əlaqəsi olan REvil dəstəsinin dark web-dəki web saytında irəli sürülüb.

Cümə günü həyata keçirilimş hücum nəticəsində dünya üzrə yüzlərlə şirkətin sistemləri zərər görüb.

Hücumdan tərislənən Mayamidə yerləşən Kaseya proqram şirkəti hücumu "mükəmməl" adlandırıb.

Kaseya yaydığı açılmada müştərilərinə bildirib ki, aşkarlama sistemi ilə müştərilərin təsirə məruz qalıb-almadığını yoxlaya bilər. Şirkət bazar ertəsi günün sonuna qədər əsas məlumat bazasının işə salına biləcəyinə ümid edir.

ABŞ-ın Federal Təhqiqatlar Bürosu REvil qrupunun bundan əvvəl may ayının sonlarında dünyanın ən böyük ət istehsalçısı JBS-ə hücum etdiyini bildirir.

Şənbə günü ABŞ Prezidenti Co Bayden keçən ay Rusiya prezidenti Vladimir Putinlə görüşündəki söhbətə toxunaraq bildirib ki, hücumda əlaqəsi olduğu təqdirdə ABŞ-ın Rusiyanı təqsirli biləcəyini deyib.

"Əgər (hücumdan) Rusiyanın xəbəri varsa və ya əlaqəsi varsa, mən Putinə cavab verəcəyimizi dedim" Bayden jurnalistlərə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada bəndin dağıdılmasından sonra 1500-ə yaxın insan təxliyə edilib
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG