Accessibility links

Kim Con Un Trampdan “mükəmməl” məktub aldığını deyir


Şimali Koreya lideri Kim Con Un ABŞ prezidenti Donald Trampdan şəxsi məktub alıb və məktubda yazılanları nəzərdən keçirir. Bu barədə Şimali Koreyanın dövlət mediası bazar günü məlumat yayıb.

Rəsmi Koreya Mərkəzi Xəbərlər Agentliyi Kimin fikirli halda əlində Ağ Evdən göndərildiyi göründüyü məktubu tutduğu fotonu yayıb. Xəbərdə Kimin məktubun məzmununun “mükəmməl” olduğunu bildirdiyi qeyd edilir.

Xəbərdə məktubda nə yazıldığı haqda məlumat verilmir.

Tramp ayın əvvəli Şimali Koreya liderindən “gözəl”, “çox şəxsi” və “çox isti” məktub aldığını bildirmişdi.

ABŞ və Şimali Koreya arasında nüvə danışıqları rəsmi dayandırılsa da, Kim və Tramp son il ərzində bir-biri ilə məktublar və fotolar paylaşırlar. Hər ikisi aralarındakı münasibətlərin isti qaldığını bildirir.

XS
SM
MD
LG