Accessibility links

Kim Cong Un artıq Sinqapura çatıb


Kim Cong Un artıq Sinqapurdadır. Şimali Koreya lideri Çin təyyarəsi ilə bazar günü gönorta saatlarında Çanqi hava limanına çatıb.

Kimin Çin təyyarəsi ilə səfəri Pxenyanın Sinqapura birbaşa uçacaq təyyarəyə malik olmamasına dair şayiələrə səbəb olub.

Müxbirlər qara Mercedes-Benz limuzini ilə lüks St. Regison mehmanxanasına aparılan Kimin şəklini çəkə bilməyib.

Çoxsaylı turist və beynəlxalq media sammit keçiriləcək Sinqapura toplaşıb.

Kim Sinqapurun baş naziri tərəfindən qarşılanarkən kameralara tuş gəlib.

Kimdən bir neçə saat əvvəl o ölkəyə çatan ABŞ prezidenti Donald Tramp sabah Sinqapurun baş naziri Li Hsien Loonqla görüşməlidir.

Kim-Tramp görüşündə tərəflərin hər hansısa təkliflə çıxış edəcəyi və ya görüşün Şimali Koreyanın nüvə silahlarına son qoyacağı hələ bəlli deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG