Accessibility links

Kim Conq Un ABŞ-ı nüvə sınaqlarını bərpa etməklə hədələyir


Kim Conq Un
Kim Conq Un

Şimali Koreya lideri Kim Conq Un xəbərdarlıq edib ki, o artıq öz-özünə uzun-mənzilli raket və nüvə sınaqlarına tətbiq etdiyi moratoriuma əməl etmək məcburriyətində deyil və əgər Birləşmiş Ştatlar nüvə danışıqlarında mövqeyini yumşaltmasa, sarsıdıcı addım atacaq.

Kim deyib ki, ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirdiyi və onlara qabaqcıl silahlar satmağa davam etdiyi təqdirdə Şimali Koreyanın bu cür sınaqları həyata keçirməməsinə heç bir səbəb yoxdur. Bu barədə çərşənbə günü rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib.

Şimali Koreya son iki ildə nüvə ya ya qitələrarası balistik raketi sınaqları keçirməyib. Kim 2018-ci ilin aprel ayında ölkəsinin artıq bu cür sınaqlara ehtiyacının olmadığını söyləyib. Bu qərar Birləşmiş Ştatlarla demək olar iki il danışıqların aparılmasına gətirib çıxarıb. Danışıqlar artıq dayandırılıb.

Kimlə üç dəfə görüş keçirən ABŞ prezidenti Donald Tramp deyib ki, Şimali Koreya lideri şəxsən qitələrarası balistik raket və nüvə sınaqlarını bərpa etməyəcəyinə söz verib. Lakin iki lider bu razılığı rəsmiləşdirməyib.

Tramp çərşənbə axşamı Kimin təhdidlərinə əhəmiyyət verməyib və deyib ki, onun Kimlə münasibəti “çox yaxşı” olaraq qalır.

"O öz ölkəsini təmsil edir. Mən öz ölkəmi təmsil edirəm. Biz lazım olanı edirik. Amma o müqavilə imzaladı. O, nüvəsizləşdirmədən bəhs edən razılıq imzaladı", Tramp deyib.

"Məncə o sözünü tutacaq. Görəcəyik, amma məncə o sözünü tutuacaq", Tramp əlavə edib.

Bundan öncə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib ki, Kimin Trampa verdiyi sözləri tutmaması “dərin məyusluq” doğuracaq.

"O, prezident Trampın geniş-miqyaslı hərbi təlimlər keçirməməyə razılaşması müqabilində bu vədləri edib. Biz öz öhdəliklərimizi yerinə yetirmişik. Biz ümid edirik ki, o, da öhdəliklərini yerinə yetirəcək", Pompeo söyləyib.

Kim çərşənbə günü açıqlamasında ABŞ-la danışıqları dayandırdığını söyləməsə də, Vaşinqtonla danışıqlarda yeni və sərt mövqe sərgiləyəcəyini açıqlayıb.

XS
SM
MD
LG