Accessibility links

Kim Conq Un Rusiyada səfərdədir


Şimali Koreya lideri Kim Conq Un
Şimali Koreya lideri Kim Conq Un

Şimali Koreya lideri Kim Conq Un Vladimir Putinlə ilk görüşü üçün Rusiyanın uzaq şərq regionuna gəlib. Kim bu görüşün Moskva ilə daha yaxın əlaqələr qurulması yolunda ilk addım olduğunu söyləyir.

Qara şlyapa və ona uyğun tünd palto geyinən və gülümsəyən Kim çərşənbə günü Vladivostok şəhərində Rusiya rəsmiləri və hərbi orkestr tərəfindən qarşılanıb.

Şimali Koreya lideri Vladivostoka özünün yaşıl və sari rənglərə boyanmış məşhur zirehli qatarı ilə səfər edib.

Şimali Koreya lideri Kim Conq Un Vladivostokda qarşılanma mərasimi zamanı, 24 aprel, 2019.
Şimali Koreya lideri Kim Conq Un Vladivostokda qarşılanma mərasimi zamanı, 24 aprel, 2019.

Yolun üzərində sərhəd Xasan şəhərində dayanan Kim bunun Rusiyaya son səfərin olmayacağını bildirib və əlavə edib ki, bu səfər Rusiya-Şimali Koreya münasibətlərinin yaxşılaşdırılmasına dogru atılan ilk addımdır.

Cümə axşamı keçiriləcək sammit zamanı Kimin Putindən iqtisadi yardım, xüsusilə də Birləşmiş Ştatlarla nüvə danışıqları nəticə verməyəndən sonra qüvvədə qalan beynəlxlaq sanksiyaların yüngülləşdirilməsini istəyəcəyi gözlənilir.

Bu, 2011-ci ildə hakimiyyətə gələndən bəri ötən ilə qədər Şimali Koreyanı tərk etməyən Kim üçün yüksək səviyyədə keçiriləcək növbəti sammitdir.

Vladivostokda Şimali Koreya lideri Kim Conq Unun qarşılanması mərasimi, 24 aprel, 2019.
Vladivostokda Şimali Koreya lideri Kim Conq Unun qarşılanması mərasimi, 24 aprel, 2019.

Ötən il ərzində o, iki dəfə ABŞ prezidenti Donald Tramp, üç dəfə Cənubi Koreya prezidenti Mun Cae-in, dörd dəfə Çin prezidenti Şi Tsinpin və bir dəfə də Vyetnam prezidenti Uin Fu Tronqla görüşüb.

Pasifik Forumdan Ralph Kossa deyir ki, “bu,Kimi bir az beynəlxalq etimadla təmin edib. O bir il öncə arzuolunmaz şəxs idi. İndi isə hər kəs onun yanında görsənmək istəyir”.

Bu görüşlər Kimin qlobal səhnədə mövqeyinə yardım etsə də, Şimali Koreya iqtisadiyyatına zərər vuran sanksiyalarla bağlı təzyiqlərin azaldılmasına kömək eməyib.

Trampla Kim arasında fevral ayında Hanoyda keçirilən görüş heç bir razılıq əldə olunmadan başa çatıb. O vaxtdan bəri Birləşmiş Ştatlar Şimali Koreya nüvə silahları proqramını ləğv etməyənədək sanksiyaları yüngülləşdirməyəcəyində təkid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG