Şimali Koreya lideri Kim Conq Un Rusiya prezidenti Vladimir Putinlə zirvə görüşü keçirmək üçün Rusiyanın Uzaq Şərq bölgəsindəki Vladivostok şəhərinə səfər edəcək.
Kreml iki liderin cümə axşamı görüşəcəyini bu gün təsdiq edib.
Kim Conq Unun Putindən Birləşmiş Ştatlarla nüvə danışıqlarının dalana dirəndiyi bir vaxt Pxenyana qarşı iqtisadi sanksiyaların yüngülləşdirməsinə çalışacağı gözlənilir.
Son il ərzində Kim Conq Un bundan öncə ABŞ prezidenti Donald Tramp, eləcə də Cənubi Koreya, Çin və Vyetnam liderləri ilə görüşlər keçirib.
Kim Birləşmiş Ştatlarla nüvə danışıqları dayandırıldıqdan sonra BMT sanksiyalarının yüngülləşdirilməsini istəyir.
Lakin Putinin bu səviyyədə kömək göstərə bilməsi gözlənilmir. Rusiyanın özünün iqtisadi problemləri olduğu üçün Şimali Koreya başlıca prioritet hesab edilmir.
Təhlilçilərin fikincə, bununla belə sammit Şimali Koreyanın ölkənin ən böyük ticarət partnyoru olan Çindən asılılığının azaldılmasına kömək edə bilər.
Lakin Kim-Putin sammitinin Şimali Koreya lideri və ABŞ prezidenti Donald Tramp arasında yaranmış çıxılmaz vəziyyətin düzəlməsinə necə kömək edə biləcəyi aydın deyil.
Kim və Tramp Şimali Koreyanın nüvəsizişləşdirilməsinə dair iki zirvə görüşü keçirib. Lakin bu səylər bir nəticə verməyib.