Accessibility links

Kim Conq Unun qatarının kurort şəhərində peyk görüntüləri çəkilib


Şimali Koreya liderinin sağlamlığı ilə bağlı xəbərlərin yayıldığı bir vaxt peyklərdən Kim Con Unun qatarının onun ölkənin şərqində kurort şəhərindəki iqamətgahı yaxınlığında olduğu görüntülər çəkilib.

Şimali Koreya ilə bağlı tədqiqatlara dair 38 Şimal (38-ci paraleldən şimalda) saytı peyk görüntülərini aprelin 21-i və 23-ü açıqlayıb. Fotolarda Kim ailəsinə məxsus Vonsan stansiyasında dayandığı göstərilir.

Lakin veb saytda bildirilir ki, qatarın mövcudluğu “Şimali Koreya liderinin harada olduğunu sübut etmir, ya da onun səhhəti ilə bağlı heç bir şey söyləmir”.

Kimin səhhəti ilə bağlı şaiyələr aprelin 15-də onun babası, Şimali Koreyanın banisi Kim İr Senin anadan olmasının 108 illiyi münasibətilə tədbirə qatılmamasından sonra yayılmağa başlayıb.

Qonşu Cənubi Koreya Kim Con Unun ciddi xəstə olduğuna dair xəbərlərə ciddi əhəmiyyət vermir.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG