Accessibility links

Şimali Koreyada ölkə banisinin ad günü qeyd edilib


Kim İl Sunqun 103 yaşı tamam olur

Şimali Koreya ölkənin mərhum banisi Kim İl Sunqun anadan olmasının ildönümünü qeyd edir. İnsan haqları qrupları isə onun nəvəsi, hazırki ölkə başçısı Kim Conq Unu bu münasibətlə ölkədəki insan haqları pozuntularına son qoymağa çağırır.

Bir sıra hərbi rəsmilər və Kim Conq Un Pxenyanda babasının mumiyalanmış cəsədinin yerləşdiyi mavzoleyi ziyarət edib. Yaşasaydı Kim İl Sunqun bu gün 103 yaşı tamam olacaqdı.

“Ziyarətçilərlə birgə o, Kim İl Sunqu təvazökar hörmətlə yad edib”, deyə Koreya mərkəzi xəbər agentliyi bildirib. Məlumatda həmçinin cənab Kimin atası, keçmiş rəhbər Kim Conq İlin də cəsədini ziyarət etdiyi bildirilib.

Pxenyanın tanınmış yerlərinin ekstravaqant abidələrində qurucu liderin adını daşıyan hibrid bənövşəyi orxideya- Kimilsungia çiçəyi - nümayişə qoyulub.

Günəş Günü kimi tanınan Kim İl Sunqun ad günü Şimali Koreyada milli bayramdır. Orada hökümət Kimin sülaləsi ətrafında şəxsiyyətə pərəstiş yaratmaq istəyir.

Human Rights Watch ildönümdən istifadə edərək, dünyaya Kim İl Sunqun yaratdığı avtoritar hökümətin “dəhşətli insan hüquqları irsi”ni xatırladır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG