Accessibility links

Kim Conq Un ordusunu "dünyanın ən güclü" ordusu adlandırıb


Şimali Koreya lideri Kim Conq Un, həyat yoldaşı və qızı Cu-ae ordunun yaranmasının ildönümü ərəfəsində kazarmada əsgərləri ziyarət edib. Bu barədə çərşənbə günü ölkənin əsas qəzeti Rodong Sinmun xəbər verib.

Çərşənbə günü Şimali Koreya Xalq Ordusunun və ya KPA-nın yaradılmasının 75-ci ildönümüdür. Genişmiqyaslı hərbi parad gözlənilir, lakin hələlik bu barədə məlumat verilmir.

Çərşənbə axşamı günü keçirilən ziyafətdə Kim Conq Un Şimali Koreyanın nüvə silahı imkanlarına istinad edərək, bütün çətinliklərə baxmayaraq, “böyük və mütləq gücə” nail olmaq üçün onilliklər boyu ölkənin ayaqda qalan hərbi ənənəsini tərifləyib.

Rodonq Sinmunun xəbərinə görə, Kim həmçinin Koreya Xalq Ordusunu “fövqəladə məsuliyyət hissi və sarsılmaz fövqəlbəşəri iradə saçan” “dünyanın ən güclü ordusu” adlandırıb.

O, silahlı qüvvələrin inkişafı və sosialist məqsədin inkişafı üçün "ikiqat səylər" göstərməyə çağıraraq, əsgərləri qarşıdakı parlaq günlərini müdafiə edən Şimali Koreya xalqının ləyaqətinin zirvəsi adlandıraraq alqışlayıb.

İldönümü ziyafətində ABŞ, Yaponiya və Cənubi Koreyaya yönəlik heç bir irad olmayıb.

Kimin qızı iştirak edib

Dövlət mediasının yaydığı görüntülərdə Kimin qızının atası ilə birlikdə hərbçilərin yanlarında olduğu görünür. Dövlət mediası Kim və həyat yoldaşı Ri Sol Cunun üç övladından ikincisi olduğu güman edilən Cu Ae-yə adı ilə deyil, "hörmətli övlad" kimi xitab edib.

Bu, artıq dördüncü dəfədir ki, bu ay 10 yaşı olacağı gözlənilən gənc qız atası ilə birlikdə yüksək səviyyəli hərbi tədbirə qatılır.

O, sonuncu dəfə dövlət televiziyasında Yeni il günü anbarda raketləri və digər silahları yoxlayarkən göstərilib.

Qız ilk dəfə keçən ilin noyabrında Hwasong-17 qitələrarası ballistik raketin sınağında iştirak etdiyi zaman ictimaiyyət qarşısına çıxıb. Dövlət mediası daha sonra onu Kimin “ən sevimli uşağı” kimi təsvir edib.

Bəzi təhlilçilər hesab edirlər ki, 39 yaşlı avtokrat Şimali Koreyanın irsi diktatura sistemində Cu Aeni varisi olmağa hazırlayır. Digərləri isə deyir ki, qızın Pxenyanın mesajlaşmalarına daxil edilməsinə dair qərar Şimali Koreyanın nüvə proqramının gələcək nəsillərə ötürülməsini nəzərdə tutduğunu vurğulayır.

XS
SM
MD
LG