Accessibility links

Şimali Koreya lideri nüvə proqramını "qiymətli qılınc" adlandırıb


ABŞ və Yaponiya ölkə başçılarının təzyiqlərinin artdığı bir vaxt Şimali Koreyanın lideri Kim Yonq Un ölkəsinin "qiymətli qılınc" adlandırdığı nüvə proqramının təcavüzkarlıqdan müdafiə etdiyini bildirib.

Pxenyanın dövlət mediasının yaydığı məlumata görə, Kim dünən hakim Fəhlə Partiyasının Mərkəzi Komitəsində nüvə roqramının ABŞ imperializminin hədələrindən ölkəsinin suverenliyini qoruyacağını deyib.

Lakin o, ABŞ, Yaponiya və Cənubi Koreya ilə qarşıdurmanın mürəkkəb bir beynəlxalq durum olduğunu da etiraf edib.

Donald Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yekdilliklə Şimali Koreyanın 3 sentyabr tarixində keçirilən nüvə sınağına cavab olaraq yeni sanksiyaları təsdiq edib.

Qətnaməyə edilən əlavələr Şimali Koreyanın öz nüvə və ballistik raket proqramlarını maliyyələşdirmək imkanını kəskin şəkildə məhdudlaşdıracaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG