Accessibility links

Şimali və Cənubi Koreya liderləri yenidən görüşüb


Cənubi Koreya prezidenti Mun Cae-in şənbə günü günorta saatlarında Şimali Koreya lideri Kim Conq Un ilə görüşüb.

Cənubi Koreya prezidentinin ofisindən verilən məlumata görə, hər iki ölkə lideri Şimali Koreyanın ABŞ prezidenti Donald Tramp ilə mümkün sammitinə hazırlığın necə aparılması ilə bağlı fikir mübadiləsi aparıb.

Rəsmilər bildiriblər ki, Mun Kim ilə müzakirələrin nəticələri haqqında bazar günü səhər saatlarında məlumat verəcək.

Cənubi Koreya şənbə günü deyib ki, onlar Birləşmiş Ştatlar və Şimali Koreya arasında münasibətlərin inkişafını diqqətlə izləyirlər.

Tramp Şimali Koreya lideri Kim Conq Un ilə 12 iyun tarixində Sinqapurda planlaşdırılan zirvə toplantısını təxirə saldığını elan edib. Növbəti gün isə tarixi görüşü keçirilə biləcəyi ilə bağlı fikir səsləndirib.

XS
SM
MD
LG