Accessibility links

Kim Conq Unun Pekində səfərdə olduğu bildirilir


Cənubi Koreyanın xarici işlər naziri Şimali Koreya lideri Kim Conq Unun çərşənbə axşamı Çinə səfərini müsbət qiymətləndirib və əlavə edib ki, Cənubi Koreya və Çin hökumətləri Koreya yarımadasının tam nüvəsizləşdirilməsi strateji hədəfində ortaq mövqeyə malikdir.

Çərşənbə axşamı Pekində Kimin müşayiət qrupuna bənzər konvoya rast gəlinib. Bu səfər Kim və ABŞ prezidenti Donald Trampın Sinqapurda keçirilən zirvə toplantısından təxminən bir həftə sonraya təsadüf edir. Belə göruş Şimali Koreya lideri və ABŞ prezidenti arasında ilk dəfə keçirilib.

Kim Conq Un Pekinə bu il ərzində artıq üçüncü dəfədir ki səfər edir. Çin Şimali Koreyanın əsas müttəfiqi və havadarı hesab edilir. Səfər zamanı gündəmdə hansı məsələlərin yer alacağı aydın olmasa da, çox güman ki, Şimali Koreyanın nüvə proqramının gələcəyi müzakirə ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG