Accessibility links

Kimlə görüşən Putin mərhələli nüvəsizləşmə mövqeyini dəstəkləyir


Rusiya prezidenti Vladimir Putin deyir ki, o, Şimali Koreya lideri Kim Conq Unun yalnız təhlükəsizlik zəmanətləri aldığı təqdirdə nüvə silahlarından imtina edəcəyinə inanır.

Putin bu sözləri cümə axşamı Rusiyanın Vladivostok şəhərində Kimlə ilk sammitini keçirəndən sonra söyləyib.

Danışıqlardan sonra baş tutan mətbuat konfransı zamanı Putin həmçinin mərhələli nüvəziləşdirmə yanaşmasını müdafiə edib. Bu yanaşmaya əsasən, Birləşmiş Ştatlar və Şimali Koreya aralarında inam yaratmaq üçün yavaş addımlar atmalıdır.

"Biz bir-birimizin maraqlarına hörmət bəsləyərək addım-addım irəliləsək, sonunda bu məqsədə çata bilərik", Rusiyanın dövlət Tass xəbər agentliyi Putinə istinad edərək bildirib.

Şimali Koreya da mərhələli yanaşmaya üstünlük verir ki, beləcə Vaşiqnton tədricən sanksiyaları yüngülləşdirdikcə, onlar da nüvə silahlarının bir qismindən imtina edəcək.

Kim Putinlə görüşü zamanı çox az danışıb. Görüş təxminən iki saat davam edən təkbətək görüşdən, nümayəndə heyətləri ilə geniş dialoq sessiyası və şam yeməyindən ibarət olub.

"Mən prezident Putinlə səmimi, mənalı danışıqlar apardım", Kim deyib və əlavə edib ki, o, Rusiya ilə münasibətləri möhkəmləndirmək istəyir.

Şimali Koreyanın nüvə silahlarından imtina etmək müqabilində hansı təhlükəsizlik zəmanətlərini tələb edəcəyi bəlli deyil. Tass xəbər agentliyinin məlumatına görə, Putin bu zəmanətlərin “beynəlxalq və qanuni” olduğunu söyləyib.

Keçmişdə Şimali Koreya rəsmiləri Birləşmiş Ştatları təhlükə olaraq gördüyü strateji və nüvə imkanlarına malik hərbi avadanlıqlarını regiondan tamamilə çıxarmağa çağırıb.

Kimin Vladivostokda cüməyədək qalacağı və Rusiya Sakit Okeanı Donanması daxil olmaqla, müxtəlif yerləri ziyarət edəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG