2018-ci il kimya sahəsində Nobel mükafatı iki amerikalı və bir britaniya aliminə verilib. Alimlər genetik dəyişmələr və yeni materiallar, əczaqçılıq preparatları və bio-yanacaq istehsalına gətirib çıxaran tədqiqatlarına görə bu yüksək mükafata layiq görülüblər.
Amerikalı alimlər Fransis Arnold və Corc Smit, eləcə də britaniyalı tədqiqatçı Qreqori Vinter 1 milyon dollar məbləğində pul mükafatını bölüşəcək.
İsveç Kral Elmlər Akademiyasının bildirdiyinə görə Frensis Arnold təbii seleksiya prinsiplərindən istifadə edərək, “fermentlərin istiqamətləndirilmiş təkamülü” üzərində apardığı işə görə mükafata layiq görülüb.
Akademiya bildirir ki, Corc Smit yeni proteinlərin yaranması üçün bakteriyanı yoluxduran virisu aşkar etdiyinə görə yüksək mükafatı alıb.
Britaniyalı tədqiqatçı alim Qreqori Vonter isə yeni əczaçılıq preparatlarının yaradılması sahəsində apardığı araşdırmalarına görə Nobel mükafatına layiq görülüb. Akademiya bildirir ki, onun metodundan revmatoid artriti, psoriaz, autoimmun xətəlilklər və metastaz xərçəngi kimi halların müalicəsi üçün dərmanların hazırlanmasında istifadə edilir.
Kimya sahəsindən sonra növbəti iqtisadiyyat üzrə Nobel mükafatı gələn həftənin birinci günü elan ediləcək. Bu il ədəbiyyat sahəsində Nobel mükafatı təqdim edilməcəyək.