Accessibility links

Kimya üzrə Nobel mükafatı 3 alimə verilib


“Litiumion batareyaların hazırlanmasına görə” 2019-cu il kimya sahəsi üzrə Nobel mükafatı Con Qudno, Stenli Uittinqam və Akira Yoşinoya verilib. Bu batareyalar daşınan elektronika məhsullarında istifadə olunur, təkrar doldurula bilir.

İsveç Kral Elmlər Akademiyasının oktyabrın 9-da yaydığı bəyanatda deyilir ki, alimlər öz işləri ilə naqilsiz, mədən yanacağından azad cəmiyyət üçün düzgün şərtləi yaradıb, bəşəriyyətə ən böyük faydanı veriblər.

“Litiumion batareyaları həyatımızda inqilab yaradıb, mobil telefonlardan tutmuş, laptoplara, elektron maşınlara qədər hər yerdə işlənir”, akademiya bildirir.

9 milyon kron (918 min dollar) üç qalib arasında bölünəcək.

Şərhlərə bax

XS
SM
MD
LG