Accessibility links

Martin Lüter Kinqin qətlinin 50-ci ildönümü qeyd edilir


Bu gün Amerikanın vətəndaş hüquqları müdafiəçisi və Nobel mükafatı laureatı Martin Lüter Kinqə qarşı sui-qəsdin 50-ci ildönümüdür.

Tennisi ştatının Memfis şəhərində toplaşan doktor Kinqin övladlarından və tanınmış şəxslərdən bəziləri bir daha irqi və irtisadi bərabərliyə çağırdı.

Kinqin kiçik qızı Bernis Kinq bunları dedi: “Biz sui-qəsddə atamızı, müəmmalı şəkildə hovuzda dayımızı itirdik. Çünki o, sui-qəsdlə bağlı nəsə bilirdi.

Bir-iki gün əvvəl biz Sakramentoda əlində mobil telefon tutan bir şəxsin güllələndiyini gördük. Ədalət nə vaxtsa yerini tapmalıdır, elə bu gün tapmalıdır” deyə, Martin Lüter Kinqin böyük oğlu Martin Lüter Kinq III bildirdi.

Onun atası hesablaşma və ədaləti haqda son çıxışında, qətlə yetirildiyi gün danışmışdı.

50 il sonra, bu gün belə Kinqin ədalətsizlik və ayrı-seçkiliklə bağlı fikirləri rezonans doğurur.

Vətəndaş hüquqları müdafiəçisi 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində ictimai nəqliyyata boykot hərəkatına rəhbərlik edib. Hərəkat şəhərdə qaradərililərə tətbiq edilən ayrı-seçkiliyə son qoymağa nail olub.

1950-1960-cı illərin vətəndaş hüquqlarının müdafiəsinin önündə gedən Kinq 1963-cü ildə paytaxt Vaşinqtonda “Mənim bir arzum var” adlı çıxışı ilə milyonlarla insanı ilhamlandırmışdı.

1964-cü ildə o, Nobel Sülh Mükafatına layiq görülmüşdü. Həmin il ABŞ prezidenti Lindon Conson vətəndaş hüquqlarına dair qanuna imza atmışdı.

Martin Lüter Kinq 1968-ci ilin aprel ayının 4-də Tennessi ştatının Memfis şəhərində sui-qəsdin qurbanı olmuşdu.

1983-cü ildən bəri prezident Ronald Reyqan yanvar ayının 3-cü bazar ertəsi gününü milli bayram ,1994-cü ildə isə Konqres bu bayram gününü milli xidmət günü elan edib.

Bu gün amerikalılar könüllü şəkildə ictimai layihələrdə iştirak edir.

XS
SM
MD
LG