Accessibility links

Əfqanıstan Talibanı: Amerikalı girovun vəziyyəti ağırlaşıb


Əfqanıstan Talibanı amerikalı girov Kevin Kinqin sağlamlıq durumunun kəskin şəkildə ağırlaşdığını bildirib.

60 yaşlı Kinq və onun 48 yaşlı avstraliyalı həmkarı Timoti Uilks 2016-ci ilin avqust ayında girov götürülənədək Kabildəki Amerika Universitetində dərs veriridi.

Girovun məsuliyyətini üzərinə götürən islamçı yaraqlılar onun müqabilində Talibanın həbsdə olan üzvlərinin azadlığını tələb edir.

Taliban sözçüsü Zəbihullah Mücahid bildirib ki, Kinq ürək və böyrək xəstəliklərindən əziyyət çəkir və onun təcili olaraq tibbi yardıma ehtiyacı var.

“Biz ona dəfələrlə yardım etməyə çalışdıq, lakin müharibə vəziyyətində olduğumuz üçün lazımi tibbi avadlığa çıxışımız yoxdur" - deyə, sözçü bildirib.

Kinqin ayaqlarının şişdiyi, tez-tez huşunu itirdiyi bildirilib.

Mucahid girovların tezliklə azadlığının təmin edilməsi üçün ABŞ-ı Talibanın şərtini qəbul etməyə çağırıb.

Sözçü deyib ki, Kinqin xəstəliyi müalicəsiz qalsa və o, həyatını itirsə Taliban bunun cavabdehliyini daşımayacaq.

Talibanın iddiasını müstəqil təsdiq etmək ümükün olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG