Accessibility links

Kipr prezidentli partlayışın səbəblərini açıqlayıb


Kipr prezidentli partlayışın səbəblərini açıqlayıb
Kipr prezidentli partlayışın səbəblərini açıqlayıb

Kipr prezidenti Demetris Xristofias bu gün təhqiqat komitəsinə deyib ki, hərbi dəniz qüvvələrinin bazasında böyük tələfatlara səbəb olmuş partlayış sistemin sıradan çıxması nəticəsində baş verib.

13 nəfərin ölümülə nəticələnmiş partlayış iqtisadi böhranın başlanmasına səbəb olmuş və cənab Kristofiasın istefası çağırılarına gətirib çıxarmışdı.

Kipri prezidenti deyib ki, rəsmilər hərbi təchizatın partlaması riskini düzgün qiymətləndirməyib və ona təhlükənin bu səviyyəfə olduğu barədə oan məlumat verməyiblər.

Tərkibində barıt və nitroqliserin olan hərbi təchizatlar 2009-cu ildə Suriyaya gedən İran gəmisində aşkar edilərək Tehrana qarşı beynəlxalq sanksiyanın bir hissəsi kimi saxlanılmışdı.

Kipr mətbuatı yazır ki, rəsmilər hərbi təchizatın saxlanması üçün təhlükəsizlik texnikası qaydalarına əməl etməyib.

XS
SM
MD
LG