Accessibility links

Kirayə haqqının yüksək olduğu ABŞ şəhərlərində evsizlik səviyyəsi artır [Video]


Kirayə haqqının yüksək olduğu ABŞ şəhərlərində evsizlik səviyyəsi artır
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Birləşmiş Ştatlarda 2015 ilə 2016-cı illər arasında evsizlərin sayı üç faiz azalsa da, 13 ştat və Kolumbiya Mahalında onların sayı artıb. Bu ştatlardan biri Kaliforniyadır. Ölkə boyu ən çox evsiz Kaliforniyada yaşayır. Ştat daxilində isə Los Anceles Qraflığında evsizlərin sayı 23 faiz artıb. Seçicilər evsizliyə qarşı mübarizə aparmaq üçün əlavə satış vergisini təsdiqləsələr də, vətəndaşlar deyir ki, görüləsi hələ çox iş var.

Los Ancelesin hər yerində evsizlərlə qarşılaşmaq mümkündür. Destini Preskot evsiz həyatı çox yaxşı bilir.

“Mən maşında yatırdım, çimərlikdə yatırdım”, o deyir.

“Los Ancelesdə evsizlik səviyyəsi sürətli bir şəkildə artır”, deyə Los Anceles Evsizlər Xidmətindən Piter Linn bildirir.

Fəallar deyir ki, evsizliyin ən əsas səbəblərindən biri yoxsulluq səviyyəsinin yüksək olduğu yerlərdə kirayə verilən evlərin sayının az olmasıdır.

“İqtisadiyyat inkişaf etdikcə, icarə bazarında alıcılıq qabiliyyəti artır. Bu da kirayə haqqının artmasına səbəb olur. İnsanların gəlirləri isə o qədər artmır”, Linn deyir.

Evsizlərin haqlarının müdafiəçisi Tanya Tull: “Zənginlər zənginləşir, orta sinif isə getdikcə yoxa çıxır”.

Los Ancelesin Venis çimərliyində evsizlərin düşərgələri ilə multi-milyard dollarlıq evlər yan-yana yerləşir.

“Evsizlər oradakı evlərin həyətlərində təbii ehtiyaclarını ödəyirlər. Şəhər rəsmiləri evsizlərə yardım etməlidir. Onlar şəhərə sərmaye qoyan sakinlərə də daha yaxşı xidmət göstərməlidirlər”, Venis Evsizlər Komitəsindən Vilyam Houkins deyir.

Los Anceles və başqa şəhərlər artıq Housing First modelini tətbiq etməyə başlayıb. Onlar evsiz insanları onlardan təlim keçmələrini və ya zərərli vərdişlərindən əl çəkmələrini tələb etmədən evlə təmin edirlər.

“Hər bir insanın evə, təhlükəsiz bir yerə ehtiyacı var. Ona görə də, biz bu təhlükəsiz yerləri yaratmaq üçün innovativ yanaşmalar inkişaf etdirməliyik”, deyə Tanya Tull bildirir.

“Biz onları evlə təmin edirik, daha sonra qayğılarına qalırıq. Onları evlərində ziyarət edib, səhiyyə və psixi sağlamlıq xidmətləri ilə təmin edirik”, deyə PATH proqramından Tessa Madden Storms bildirir.

Destini Preskot və onun qızına PATH Gramercy adlanan mənzil proqramı yardım edib.

“İndi bizim artıq öz evimiz var. Biz qapımızı bağlaya bilirik. Bu, çox gözəl bir hissdir”, Preskot söyləyir.

Los Anceles bu cür proqramları genişləndirməyi, yəni daha çox bina tikməyi və ya mövcud binaları evsizlər üçün yaşayış yerinə çevirməyi ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG