Accessibility links

Qırğızıstanda intiharçı Çin səfirliyinə hücum edib


Qırğızıstan paytaxtında intiharçı avtomobilə yerləşdiilmiş bombanı Çin səfirliyinin darvazasına çırparaq partlayış törədib. Hadisə zamanı üç nəfər xəsarət alıb.

Bişkekdə törədilmiş partlayışdan sonra səfirlik binasının üzərini tüstü bürüyüb. Sosial şəbəkəyə yerləşdirilmiş foto şəkildə partlayış nəticəsində yaranmış dağıntılar nümayiş etdirilib.

Qırğızıstanın baş naziri Jeniş Razakov partlayış nəticəsində yalnız intiharçı bomba hücumçusunun öldüyünü bildirib. Hadisə zamanı xəsarət alanlar isə qırğızıstanlı işçilər olub. Qırğızıstanın Daxili İşlər Nazirliyi hadisəni terror hücumu kimi səciyyələndirib.

Hücuma görə dərhal məsuliyyəti öz üzərinə götürən olmayıb. Pekində Çin Xarici İşlər Nazirliyinın sözçüsü hücumu zorakı və ekstremal akt adlandıraraq pisləyib. O, Qırğızıstan rəsmilərini hücumla bağlı hərtərəfli təhqiqat aparmağa çağırıb.

Qırğızıstanda rəsmilərin İŞİD-ın ölkədə fəaliyyətinin qarşısını almaq səylərinin bir hissəsi olaraq qrupla əlaqəsi olmaqda şübhələnilən şəxslər həbs edilir.

XS
SM
MD
LG