Accessibility links

Kislyak: Trampın milli təhlükəsizlik müşaviri ilə müzakirəmiz çox şəffaf keçib


Rusiya xarici işlər naziri Sergey Ryabkov və Rusiyanın ABŞ-dakı sabiq səfiri Sergey Kislyak

Rusiyanın Vaşinqtondakı sabiq səfiri Sergey Kislyak şənbə günü deyib ki, onun Ağ Evin sabiq milli təhlükəsizlik müşaviri Maykl Flin ilə müzakirələri şəffaf olmuş və ABŞ-Rusiya əməkdaşlığı üzərində fokuslanmışdı.

İyul ayında Vaşinqtondakı müddətini tamamlamış Kislyak Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı istintaqında əsas fiqurlardan biridir.

Flin fevral ayında Kislyak ilə görüşü gizlətdiyi və vitse-prezident Mayk Pensə yanlış məlumat verdiyi aşkar ediləndən sonra tutduğu vəzifədən istefa verməyə məcbur olmuşdu.

“Biz yalnız çox sadə şeylər haqqında danışdıq. Müzakirəmiz tam dürüst, sakit və şəffar olub. Hər bir halda, bizim tərəf üçün bu görüş gizli deyildi.” Bu sözləri Kislyak Rusiya televiziyasında müzakirə zamanı bildirib.

“Rusiya və ABŞ arasında əməkdaşlıq ediləcək çoxlu əhəmiyyətli məsələlər var. Ən əhəmiyyətlisi terrorizmlə mübarizədir və bu bizim müzakirə etdiyimiz mövzulardan biri idi.”

XS
SM
MD
LG