Accessibility links

Türk dil haqları fəalı Kiyanuş Aslani Tehranın Evin həbsxanasına qaytarılıb


Kiyanuş Aslani
Kiyanuş Aslani

Keçən aylarda İranda COVİD -19-a yoluxma və ölüm hallarının artması ilə əlaqədar məzuniyyətə göndərilən bəzi məhbuslar tədricən həbsxanalara qaytarılır. Türk dil haqları fəalı Kiyanuş Aslani Qocabəyli isə məzuniyyət müddətinin bitməsi ilə şənbə günü yenidən Tehranın Evin həbsxanasına göndərilib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Aslani keçən oktyabr ayının 19-da məzuniyyətə butaxılmış və daha sonra pandemiya ilə bağlı vəziyyətin ağırlaşması ilə onun məzuniyyət müddəti uzadılmışdı.

Kiyanuş Aslanı hazırda Tehranın Evin həbsxanasında saxlanılan digər milli fəal Tovhid Əmir-Əmini ilə birlikdə 21 fevral 2019-da Dünya Ana Dili Günü ilə əlaqədar Tehranda nəzarət altına alınmışdı. Əmir-Əmini 7 il 6 ay, Aslani isə 5 il həbsə məhkum olunmuşdu. Kiyanuş Aslaniyə qarşı əlavə olaraq 2 il qeyri-hökümət təşkilatlara üzvlük və ictimai fəaliyyətdən məhrumiyyət cəzası verilmişdi.

Tovhid Əmir-Əmini və Kiyanuş Aslanidən əlavə, hazırda Evin həbsxanasında saxlanılan Əlirza Fərşi, Həmid Mənafi Nadarlı və Behnam Şeyxi də Dünya Ana Dili Günü mərasimləri ilə əlaqədar həbsə məhkum olublar.

XS
SM
MD
LG