Accessibility links

Kiyev-Mariupol qatarı, Ukraynada münaqişə və prezident seçkiləri


Kiyev-Mariupol qatarı, Ukraynada münaqişə və prezident seçkiləri
please wait

No media source currently available

0:00 0:03:52 0:00

Ukraynada bu ayın sonu prezident seçkilərinə hazırlıqlar gedir. Səsvermənin Rusiyanın dəstəklədiyi separatçılarla müharibənin getdiyi ölkə üçün mühüm nəticələri olacağı gözlənilir. Ölkədə həll olunmalı bir sıra problemlər də var. Bunlardan biri də Ukraynada köhnəlmiş nəqliyyat infrastrukturunun müasiriləşdirilməsidir. Belə bir vəziyyətdə gecə qatarları Ukraynada hələ də ən praktik nəqliyyat vasitələrindən biri olaraq qalır.

Kiyev vağzalında günorta 84 nömrəli qatar Mariupola yola düşür. Vaqonlar qızdırılır, yataqlar hazırlanır. Qatar Rusiya ilə Ukrayna arasında müharibə zonası boyu min kilometrlik məsafəni qət etməlidir.

Bu, lüks qatar deyil, bir çarpayı üçün ödəniş 25 dollardır. Qatar cədvəl üzrə saat 16:32-də Kiyev ətrafındakı rayonlardan keçir. Bu uzun səyahətdə Ukrayna cəmiyyətinin kiçik bir qismini təşkil edən müxtəlif insanlar bir araya gəlir.

Sergey İvaniç Kiyevdə gözünə əməliyyat olduqdan sonra həyat yoldaşı Lena ilə Mariupola evinə qayıdır.

“Gecəni rahat yatıb, dincəldikdən sonra səhər gümrah oraya çatırsan”, deyən Lena İvaniç dəmiryolunun üstünlüklərini göstərir.

Gənc ukraynalıların çoxu daha yaxşı həyat axtraşında doğma yerlərini tərk edir.

“Əsas məsələ gənclərin xaricə axınını dayandırmaq və sabit iş yerləri yaratmaqdır”, Sergey İvaniç deyir.

“Ukrayna qərb və şərqə bölünüb və biz həmişə bir-birimizlə müharibə etməyə məcbur edilirik. Lakin əslində, hər iki tərəfdə normal insanlar var. Buna görə də mən istəyirəm ki, yeni prezident bizi bir ölkə olaraq birləşdirə bilsin”, Lena İvanıç deyir.

Pəncərənin arxasında Ukraynanın ucsuz-bucaqsız çölləri alatoranlığa bürünür.

Uzun səfərlər Mariupol limanına yollanan ticarət flotunun dəniçizisi Sergey Syuzev üçün adi işdir.

“Mənim fikrimcə, kimin növbəti prezident olmasının fərqi yoxdur. Heç bir ciddi dəyişiklik olmayacaq.”

Təkərlərin relsdə çıxartdığı cırıltılı səsdən sonra qatar yolundakı 19 dayanacaqdan birində kəskin dayanır.

Gecə qatarlarında səyahətlər çox güman yaxın zamanda dayandırılacaq. Ukrayna hökuməti Mariupolun köhnəlmiş aeroportunu yenidən açmağa söz verib. Bu vəd seçiciləri cəlb edə bilər.

Qatar Kiyevdən Mariupola 17 saata gedir. Çoxları Urkaynanın infrastrukturunun müasirləşdirilməsin istəyir. Lakin başqaları hesab edir ki, bu qatarlar Ukrayanada həyat tərzinin bir hissəsidir.

Qatara ən ucuz bilet alıb açıq kupedə səfər etmək olar. Oksana Repertskaya və onun qızı Kiyevdə rəqs müsabiqəsindən qayıdır.

“Biz hələ hakimiyyətdə eyni insanları görürük və mən böyük dəyişikliklər olacağını şübhə edirəm. Amma eyni zamanda, yeni insanların da hakimiyyətə gələcəyinə ümid edirəm”, Oksana Repertskaya deyir.

Gecə yaxınlaşır, söhbətlər bitir və işıqlar sönür.

Uzun bir gecədən sonra qatar Mariupola yaxınlaşır. Qatar Ukrayna və Rusiya tərəfdarı separatçılar arasında münaqişədə cəbhə xəttinə parallel gedir.

Cəbhə xətti qatarın yolundan şərqə doğru cəmi yeddi kilometrlik məsafədədir. Qatarın sərnişinlərinin çoxu münaqişə yaddan çıxmasa da, onların fikrini indi çox məşğul etmədiyini söyləyir. Lakin başqaları deyir ki, növbəti hökimətin əsas prioriteti müharibəyə son qoymaq olmalıdır.”

Mariupola çatanda münaqişənin əlamətləri bariz görünür. Burada evlərinə qayıdan ukraynalılar üçün seçki dəyişikliyə bir ümid deməkdir. Cəbhə xəttində yaşayan ukraynalılar inanır ki, növbəti prezident müharibəyə son qoymaq üçün həll yolu tapmalıdır.

XS
SM
MD
LG