Accessibility links

Tanınmış jurnalist Arkadi Babçenkonun öldürüldüyünə dair xəbər yalandır


Daha əvvəl Amerikanın Səsinin rus xidməti Ukrayna Radasının deputatı Bladimir Aryevə istinadən Kiyevdə naməlum şəxslərin tanınmış rus jurnalist və müxalif fəal Arkadi Babçenkonu güllələyərək öldürdüyü haqda məlumat vermişdi.

Babçenko son illər Ukrayna paytaxtında yaşayırdı.

Verilən xəbərlərə görə, jurnalistə öz mənzilinin yerləşdiyi binada olarkən hücum edilib. Həyat yoldaşı onu qana bələnmiş halda pilləkənlərin üzərində tapdığını bildirib.

Arkadi Babçenkonun xəstəxanaya aparılarkən yolda keçindyibildirilmişdi.

Ona qarşı qəsd haqda ilk olaraq məlumatı Kiyevdə jurnalist Ayder Mujdabayev sosial şəbəkələrdə məlumat verib.

41 yaşlı Babçenko Rusiyada müharibə müxbiri qismində işləyib. O, vətənini həyatı üçün qorxduğuna görə tərk etmişdi.

VACİB QEYD:

Rusiyalı jurnalist Arkadi Babçenko sağdır və Kiyevdə Ukrayna təhlükəsizlik orqanlarının keçirdiyi mətbuat konfransında iştirak edib. Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Vasili Qritsak mətbuat konfransında bildirib ki, agentlik onu öldürməyə çalışan şəxsin kim olduğunu müəyyən etmək üçün jurnalistin ölümünü “səhnələşdirib”.

XS
SM
MD
LG