Accessibility links

Klassik Xalq Cəbhəsi Partiyasının fəalının saxlanıldığı bildirilir


Ceyhun Nəbi
Ceyhun Nəbi

Yaxın günlərdə Rusiyadan Azərbaycana qayıdan cumhuriyyət tarixi üzrə araşdırmaçı, Klassik Xalq Cəbhəsi Partiyasının fəalı Ceyhun Nəbi oktyabrın 23-də yaşadığı Şəmkir rayonunda (Bakıdan 400 kilometr qərb) saxlanılaraq Bakıya gətirilib. Şəmkir rayon Polis Şöbəsi Ceyhun Nəbinin ailəsnə onun saxlanıldığını təsdiq edib. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev facebook səhifəsində yazıb.

Ceyhun Nəbinin atası Sərdar Nəbiyev də oğlunun saxlanıldığını təsdiq edib.

“Şəmkir rayon Polis Şöbəsindən mənə dedilər ki, Ceyhun Nəbi facebook səhifəsində yazdığı yazılara görə həbs edilib və Bakı şəhərinə aparılıb. Hazırda oğlumun harda olduğunu və başına nə gəldiyini bilmirəm", Sərdar Nəbiyev bildirib.

Fəala qarşı rəsmi ittihamın irəli sürülüb-sürülməməsi hələ məlum deyil. Bununla yanaşı, Ceyhun Nəbinin saxlanılmasının səbəbi ilə bağlı Şəmkir rayon Polis Şöbəsindən məlumat almaq mümkün olmayıb.

Ceyhun Nəbi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı "Sovetlərlə üz-üzə" adlı kitabının müəllifidir.

Onun Facebook səhifəsində (https://web.facebook.com/ceyhun.nabi) Azərbaycan iqtidarının tənqidinə yönəlmiş çoxsaylı statuslar var.

XS
SM
MD
LG