Accessibility links

ABŞ Dövlət katibi Hillari Klinton Cənubi Afrikaya səfəri zamanı Nelson Mandela ilə görüşüb


ABŞ Dövlət katibi Hillari Klinton Cənubi Afrikaya səfəri çərçivəsində aparteid əleyhinə mübariz Nelson Mandela ilə görüşüb. Xanım Klintonun keçmiş prezidentin yaşadığı Qunu kəndində cənab Mandela ilə bir saatlıq görüşü olub.

Səhhəti zəifləyən 94 yaşlı Mandela artıq ictimiayyət arasında az-az görünür. Nelson Mandela xanım Klintonla şəkil çəkdirib, lakin danışa bilməyib.

Görüşdən sonra xanım Klinton cənab Mandelanın həyat yoldaşı Qraça Maçellə nahar edib.

Xanım Klinton bundan sonra ABŞ və Cənubi Afrika rəsmiləri və biznes liderləri arasında yüksək səviyyəli görüşə qatılmaq üçün Yohannesburqa səfər edib .

Afrikaya 10 günlük səfəri zamanı ABŞ Dövlət katibi Birləşmiş Ştatların qitədə investisiya və ticarətini təşviq edir.

Cənubi Afrika Amerika məhsulları üçün başlıca bazarlardan biridir, ABŞ həmçinin Cənubi Afrika üçün əsas eksport və investment bazarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG