Accessibility links

Hillari Klinton: Amerika dünyada iqtisadi maraqlarını təbliğ edəcək


ABŞ dövlət katibi Hillari Klinton İraq müharibəsinin bitməsi və Əfqanıstanda müharibənin sonuna yaxınlaşması ilə Amerikanın dünyada iqtisadi maraqlarını təbliğ edəcəyini bildirib.

Sinqapurda danışan xanım Klinton deyib ki, ABŞ-ın etibarı və etimadı sual doğurmamaılıdır. Dövlət katibi bildirib ki, Amerikaya qarşı hədələrə cavab ölkəsinin xarici siyasətinin mərkəzində yer alacaq, lakin bu, xarici siyasətin əsasını təşkil etməyəcək.

O, Vaşinqtonun qlobal iqtisadiyyatı balanslaşdırmaqla Ameriknın daha artıq ixracı, Asiyanın isə daha artıq idxalını təmin edəcəyini bildirib.

Hillari Klinton ABŞ prezidenti Barak Obamanın da qatılacağı ASEAN sammitində iştirak edəcək.
XS
SM
MD
LG