Accessibility links

Klinton seçki kampaniyasının diqqətini email qalmaqalından uzaqlaşdırmağa çalışır [Video]


Klinton seçki kampaniyasının diqqətini email qalmaqalından uzaqlaşdırmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Klinton seçki kampaniyasının diqqətini email qalmaqalından uzaqlaşdırmağa çalışır

Prezidentliyə Demokrat namizəd Hillari Klinton bu həftə Ağ Ev uğrunda yarış kampaniyasında diqqəti dəyişdirərək dövlət katibi olduğu dövrdə şəxsi email hesabından istifadə etdiyinə dair qalmaqaldan uzaqlaşa biləcəyinə ümid edir. Klinton artıq email məsələsi ilə bağlı ittiham olunmayacaq, amma bunun siyasi təsirləri onun üçün böyük problemlər yarada bilər.

Onlar yüksək dərəcədə gizli, konfidensial məlumatlara diqqətsiz yanaşıblar.
Ceyms Komi

Luizina və Minnesota ştatlarında polisin qaradərili şəxsləri vurub öldürməsi və Dallasda beş polis zabitinin ölümü ilə nəticələnən hücumla əlaqədar ölkədə sarsıntı zamanı prezident seçki kampaniyası arxa plana keçdi.

Prezidentliyə Demokrat namizəd Hillari Kliton Filadelfiyada bu məsələlərə öz münasibətini bildirdi.

“Heç kəsin bunlara cavabı yoxdur. Biz bu cavabları birlikdə tapmalıyıq. Bu yeganə çarədir.”

Prezidentliyə Respublikaçı namizəd Donald Tramp Dallas hücumundan sonra video müraciətlə çıxış etdi.

“Polisə qarşı amansız hücum bizim ölkəmizə, ailələrimizə qarşı hücumdur.”

Klinton diqqəti bir həftədir onun email qalmaqalı ətrafında gedən söz-söhbətdən uzaqlaşdırmağa çalışır. Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komi Klintona qarşı cinayət ittihamlarının irəli sürülməyəcəyini deyib, amma ona kəskin iradını bildirib.

Sabiq dövlət katibi Hillari Rodham Klinton
Sabiq dövlət katibi Hillari Rodham Klinton

“Onlar yüksək dərəcədə gizli, konfidensial məlumatlara diqqətsiz yanaşıblar,” deyə o bildirib.

Tramp isə tez bir zamanda bu məsələyə münasibətini bildirib.

“Əyri Hillari. O, o qədər yanlış bəyanatlarla çıxış edib ki. Bunların hamısı yalandır.”

Klinton kampaniyasında diqqəti prezident Barak Obamanın yardımı ilə dəyişə biləcəyinə ümid edir.

Mən bizim birlikdə gördüyümüz işlərə görə qürur duyuram. Amma indi artıq estafeti Hillari Klintona ötürürəm.
Barak Obama

“Mən bizim birlikdə gördüyümüz işlərə görə qürur duyuram. Amma indi artıq estafeti Hillari Klintona ötürürəm.”

Seçicilərin çoxu Klintona etibar edilməli olmadığını düşünür. Amma Trampın reytinqləri bundan da pisdir və bu, noyabrda insanları çətin seçim qarşısında buraxır, deyə təhlilçi Kayl Kondik bildirir.

“Bu, Klintonun hakimiyyəti dövrü sabitlik və Trampın hakimiyyəti dövrü isə radikal dəyişiklik arasında bir seçimə bənzəyir. Seçicilər isə bu məsələyə daha mühafizəkar yanaşa bilər, çünki onlar böyük riskə getmək istəmir. Buna görə də mən hesab edirəm ki, Klinton üçün ən yaxşı addım Trampın riskli olduğunu deməkdir.”

Respublikaçılar Klintonun Konqresə email-ləri ilə bağlı yalan danışıb danışmadığına dair təhqiqata başlamaq istəyirlər ki, bu qalmaqal noyabradək seçki gündəmində qalmağa davam etsin.

XS
SM
MD
LG