Accessibility links

Hillari Klinton məğlubiyyətinə görə FTB-nu ittiham edir


Hillari Klinton prezident seçkilərindəki məğlubiyyətinə görə Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini ittiham edərək, eletron poçt qalmaqalı ilə bağlı yeni təhqiqata başlması ilə kampaniyasına ziyan vurduğunu bildirib.

Demək olar ki, bütün sorğular Klintonun Trampdan öndə getdiyini gsötərib. Lakin səslər hesablandıqdan sonra açıqlanan nəticələr təəccübə səbəb olub.

Klinton donorları ilə söhbətində deyib ki, Kominin səsvermədən 11 gün öncə Konqresə emaillərlə bağlı yeni açıqlmalarla məktub ünvanlanması nəticələrə "bomba" təsiri göstərib.

Klintonun ilk təfərrüatlı şərhi

Klinton tərəfdarları ilə uğursuz kampaniyasından sonra ilk dəfə dünən görüşərək, təfərrüatlara varıb. O, çərşənbə günü məğlubiyyətindən sonra ictimaiyyət arasında görünmürdü.

Komi isə deyir ki, oktyabrın 28-də emaillərlə bağlı əlavə faktlar əldə edildiyi üçün qanunvericilərə məktub ünvanlanıb. Belə ki, o, bu faktların məsələ ilə birbaşa əlaqəsi olduğunu düşünüb.

XS
SM
MD
LG