Accessibility links

Hillari Klinton iqtisadi planlarını açıqlamalıdır


Democratic presidential candidate Hillary Clinton gives a speech on the economy after touring Futuramic Tool & Engineering, in Warren, Mich., Aug. 11, 2016.
Democratic presidential candidate Hillary Clinton gives a speech on the economy after touring Futuramic Tool & Engineering, in Warren, Mich., Aug. 11, 2016.

ABŞ prezidentliyinə demokrat namizəd Trampın planının ABŞ əmək bazarında iş yerlərinin itirilməsinə səbəb olacağını deyir

Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klinton bu gün iqtisadi planlarını açıqlayacaq. Klinton Trampın iqtisadi planlarının yalnız özü kimi varlı insanlara yardım edərək, vergiləri azaltmağı nəzərdə tutduğu halda onun iqtisadi planlarının ABŞ-ın işçi təbəqəsinə geniş yardım edəcəyini deyib.

Trampın həftənin əvvəlində şirkətlərin və fiziki şəxslərin vergilərinin kəskin azaldılması haqda danışdığı yerdən heç də uzaqda olmayan Miçiqan ştatının Uarren şəhərində Klinton avtomobil və müdafiə sənayesi haqda danışacaq.

Köməkçiləri sabiq dövlət katibi Klintonun Trampın “iqtisadiyyata dağıdıcı təsiri olacaq” planlarını pisləyəcəyini deyib. Trampın əksinə olaraq Klinton iş yerlərinin açılmasına, ictimai layihələrin inkişafına və yolların, körpülərin və hava limanlarının bərpasına diqqəti yönəldəcək.

Siz indi daha az faiz ödəyəcəksiniz. Bu, borc almaq üçün ən yaxşı vaxtdır

Çərşənbə günü Ayova ştatında çıxışı zamanı Klinton iqtisadi planının 10 mindən çox yeni iş yeri açacağını deyib. O, Trampın iqtisadi planının ABŞ əmək bazarında 3 mln iş yerinin itirilməsinə səbəb olacağını əlavə edib.

Klintonun çıxışından öncə Tramp ABŞ-ın olan 19 trln. dollarlıq uzunmüddətli borcuna hərbi və infrastrukturun inkişafı üçün bir az da borc əlavə olunmalıdır.

Prezident Barak Obamanı borcları çoxalmasında günahlandıran Tramp bu planı borc faizlərinin aşağı olması ilə əsaslandırıb. “Siz indi daha az faiz ödəyəcəksiniz. Bu, borc almaq üçün ən yaxşı vaxtdır,” deyə Tramp bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG