Accessibility links

Hillari Klinton kenyalıları seçki zorakılıqlarından çəkinməyə çağırdı


ABŞ Dövlət Katibi Hillari Klinton deyir ki, kenyalılar azad və ədalətli seçkilər keçirmək üçün birlikdə çalışmalı, və Afrika və ümumən dünya üçün nümunə olmalıdırlar. O, liderləri Kenyada beş il bundan öncə seçkilərdən sonra yaşanan zorakılıqların qarşısını almağa çağırıb.

Gələn mart ayında keçiriləcək ümummilli seçkilər 2007-ci ildə 1200-dən çox adamın ölümü ilə nəticələnən post-seçki zorakılıqlarından beş il sonraya təsadüf edir.

Nairobidə müxbirlərlə danışan Klinton “Birləşmiş Ştatların Kenya hökumətinə qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf olmasını təmin etmək üçün əlindən gələn yardımı göstərəcəyini” bəyan edib.

Kenyada olarkən dövlət katibi prezident Mvai Kibaki ilə görüşüb. Prezident Kibaki qanuna əsasən üçüncü dönəm prezident olmaq hüququndan məhrumdur. Onu əvəzləmək üçün yarışa qatılan baş nazir Raila Odinqa rəy sorğularında öndə gedir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG