Accessibility links

Hillari Klinton məhkəmə sənədinə imza atıb


ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton dövlət katibi vəzifəsi müddətində bütün rəsmi və şəxsi elektron yazışmalarını təhvil verdiyinə dair rəsmi məhkəmə sənədinə imza atıb.

Federal məhkəmə xanım Klintonu saxta məlumat verdiyi təqdirdə cərimələyə bilər.

Sabiq birinci xanım son aylar şəxsi elektron poçtundan rəsmi e-maillər göndərməsi ilə bağlı yoxlanış altındadır. O, 55 min səhifəlik məktubları Dövlət Departamentinə təhvil və onların ictimailəşməsinə icazə verdiyini bildirir.

ABŞ-ın Ədliyyə Nazirliyi Hillari Klintonun həssas məlumatları bölüşdüyünə dair istintaq aparıldığını, lakin işin kriminal mahiyyət daşımadığını bəyan edib.

Bu yaxınlarda Ayova ştatında kampaniya aparan xanım Klinton heç bir məxfi məlumatı şəxsi elektron poçtu ilə bölüşmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG