Accessibility links

Hillari Klinton: Nominasiya qadınlar üçün tarixi bir mərhələdir


ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Amerika tarixində Ağ Ev uğrunda mübarizədə partiyanı təmsil edəcək ilk qadın kimi tarixə öz adını yazmış olduğunu deyib.

"Ölkəmizin tarixində ilk dəfə olaraq qadın Birləşmiş Ştatların prezidentliyinə əsas partiyadan nominasiya olunacaq"-deyə Klinton Bruklində onun qələbəsini təntənə edən minlərlə tərəfdarı qarşısında çıxışında bildirib.

ABŞ-ın keçmiş dövlət katibi, senatoru və birinci xanımı nominasiyanın qadınlar üçün tarixi bir mərhələ olduğunu deyib. Çıxışında tarixə ekskurs edən Klinton Amerikada qadın hərəkatının öncüllərini xüsusi qeyd edib. "Bu gecəki qələbə bir insanın qələbəsi deyil. Bu qələbə indiki məqamın mümkün olması üçün mübarizə aparmış və qurban vermiş qadın və kişilərə məxsusdur."

"Ölkəmizin tarixində ilk dəfə olaraq qadın Birləşmiş Ştatların prezidentliyinə əsas partiyadan nominasiya olunacaq."

O, Amerikada qadınlara bərabər hüquqların verilməsinə sənədin tarixindən danışıb " Bunun tarixi burada-Nyu-Yorkda 1848-ci ildə Seneka Falls adlanan yerdən başlayır. O zaman qadınlar və kişilərdən ibarət kiçik, lakin qətiyyətli bir qrup qadınların bərabər hüquqlara malik olduğu fikrini irəli sürüb və onlar deklarasiya hazırlayıblar. Bu, bəşər tarixində ilk dəfə idi ki, belə bir sənəd meydana gəlirdi. Bu gün biz onlara borcluyuq."

Klinton çıxışı zamanı onun həyatında müstəsna rolu olan anasını yad edib və onun anadan olduğu gün Konqresin qadınlara səs vermək hüququnun verildiyi 19-cu düzəlişi təsdiq etdiyini deyib.

Prezidentliyə Demokrat namizəd Hillari Klinton sabiq birinci xanım olmuş, Senator və Dövlət Katibi kimi mötəbər vəzifələrdə çalışmışdır.
Prezidentliyə Demokrat namizəd Hillari Klinton sabiq birinci xanım olmuş, Senator və Dövlət Katibi kimi mötəbər vəzifələrdə çalışmışdır.

Klinton əlavə edib ki, anasının qızının prezidentliyə nominasiya qazanmış ilk qadın olduğunu görməsini çox istərdi.

Amerika prezidentliyinə nominasiya qazanan ilk qadın olan Klinton qələbəsini təntənə edərək Twitter səhifəsində yazıb:

"Bu gün biz qürurla deyə bilərik ki, Amerikada keçilməsi mümkün olmayan sədd və hüdud yoxdur. Böyük arzularla yaşayan bütün qızlar üçün: Bəli, siz nə istəsəniz ola bilərsiniz-hətta prezident də. Bu gecə sizin üçündür."

Hillari Klintonun rəqibi Berni Sanders praymerilər zamanı Şimali Dakota və Montana ştatlarında qələbə qazanıb. Lakin Klinton Cənubi Dakota, Nyu Meksiko və Nyu Cersi ştatlarında qələbə əldə edib. Klinton dünən Kaliforniya ştatında qələbə çalaraq 475 nümayəndə əldə edib.

Bu gün biz qürurla deyə bilərik ki, Amerikada keçilməsi mümkün olmayan sədd və hüdud yoxdur. Böyük arzularla yaşayan bütün qızlar üçün: Bəli, siz nə istəsəniz ola bilərsiniz-hətta prezident də. Bu gecə sizin üçündür.

Hər iki namizədə zəng edən Prezident Obama namizədliyini təminat altına almaq üçün lazımı qədər nümayəndə toplaması münasibətilə Klintonu təbrik edib. O, eyni zamanda iqtisadi bərabərsizliklə mübarizəyə milyonlarla amerikalının diqqətini cəlb edə bildiyinə görə senator Sandersə təşəkkürünü bildirib.

Klinton iyul ayında Filadelfiyada Demokrat partiyasının qurultayına qədər rəsmən prezidentliyə namizəd hesab edilmir. Lakin ABŞ mediasının bildirdiyinə görə, Klinton prezidentliyə nominasiya olmaq üçün lazım olan 2383 nümayəndənin dəstəyinə malikdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG