Accessibility links

Hillari Klinton və Ceb Buş seçki kampaniyasında sınaqlarla üzləşir [Video]


Hillari Klinton və Ceb Buş seçki kampaniyasında sınaqlarla üzləşir
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Hillari Klinton və Ceb Buş seçki kampaniyasında sınaqlarla üzləşir

Klinton və Buşunun çox yaxında namizədliklərini açıqlayacaqları gözlənilir

Sabiq dövlət katibi, Demokrat Hillari Klinton və sabiq Florida qubernatoru, Respublikaçı Ceb Buş gələn il keçiriləcək prezident seçkilərinin öndə gedən mümkün namizədləridir. Hər ikisinin məşhur adı var və çoxlu dəstək toplaya bilər. Lakin namizəd olmaq qərarına gəlsələr hər ikisi bir sıra çətinliklə üzləşəcək.

Hillari Klinton və qızı Çelsi Nyu-Yorkda keçirilən qadınların səlahiyyətlərinin artırılması ilə bağlı tədbirdə iştirak ediblər.

Hillari Klinton
Hillari Klinton

Demokratlar xanım Klintonun tezliklə namizədliyini irəli sürməsini istəyirlər, ancaq o, hələ də dövlət katibi olduğu dövrdə şəxsi elektron poçt ünvanından istifadə etməsi ilə bağlı müzakirələrə görə mühafizəkar hərəkət edir.

“Mən inanıram ki, Amerika xalqı siyasi və ictimai məsələlər barədə qərar qəbula edə bilir. Düşünürəm ki, mən işlə bağlı emaillımın paylaşılması üçün misli görünməmiş addımlar atmışam. Onlar ictimaiyyətə açıq olacaqlar.”

Təhlilçi Matt Dalek Klintonun email müzakirəsinin keçmiş qalmaqlaları xatırlatdığını deyir.

“Ya Klintonlar hər zaman nəyisə gizlətməyə çalışırlar, ya onlar sadəcə etibara layiq deyillər, ya mətbuata nifrət edirlər, ya da Respublikaçılarla mübahisə edirlər. Bütün bunlar təkrarlanır və fikrimcə bu, ölkədə, Demokratlar partiyasında və mətbuatda coşğunluq yaradır.”

Üçüncü Buş olmaq çətindir. Güman ki, üçüncü Buş ikinci Klintona qarşı yarışacaq, bu isə Amerikadakı siyasi sülalələrdən şikayətlənən bəzi insanları narahat edəcək
Con Fortier, ekspert

Respublikaçı Ceb Buş isə fərqli problemlərlə üzləşir.

“Mən qalib olmaq istəyirəm. Mən partiyamızın qalib olmasını istəyirəm. Mən mühafizəkarların qalib olmasını istəyirəm.”

Güman edilir ki, Buşun bir sıra Respublikaçı rəqibi olacaq və qardaşının kədərli prezidentlik anları ilə üzləşəcək.

“Mən qardaşımı sevirəm. Atamı sevirəm. Əslində anamı da sevirəm və onların xalqa etdikləri xidmətlərə eləcə də qəbul etdikləri çətin qərarlara heyranam. Amma mən fərdi şəxsəm.”

Bir sıra Repüsulikaçının namizədliklərini irəli sürəcəkləri gözlənilir və sağlam rəqabət arzusu Buşa zərər verə bilər, deyə Matt Dallek bildirir.

Ceb Buş
Ceb Buş

“Respublikaçı partiyasını düşündürən sual budur ki, “biz doğurdan da keçmişdən birini istəyirik?” Məsələn Viskonsinin qubernatoru Skot Uolker Ceb Buşa qarşı bu arqumentdən istifadə edir. Buş adı və bu adla bağlı hər şey də buna daxildir”.

Ekspert Con Fortier yeni Buş-Klinton yarışının baş tutacağı ehtimalını irəli sürür.

“Üçüncü Buş olmaq çətindir. Güman ki, üçüncü Buş ikinci Klintona qarşı yarışacaq, bu isə Amerikadakı siyasi sülalələrdən şikayətlənən bəzi insanları narahat edəcək”.

Klinton və Buşunun çox yaxında öz niyyətlərini açıqlayacaqları gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG