Accessibility links

Klinton: Putinin mənə qarşı şəxsi qərəzinə görə kiber hücum onun özü tərəfindən idarə edilib


Klinton ABŞ prezident seçkilərində məğlub olmasında Rusiyanın müdaxiləsinin rolu olduğunu bildirərək, Rusiya prezidenti Vladimir Putinin ona qarşı "şəxsi qərəzinə" görə, ona mane olmaq istədiyini deyib.

Noyabr ayında seçkilərdən sonra ictimaiyyət arasında az görünən Klinton bu açıqlamanı cümə axşamı günü Nyu Yorkda kampaniya donorları ilə görüş zamanı verib.

Görüşdən alınan audio yazıya əsasən Klinton deyib ki, "Putin mənə qarşı şəxsi qərəzinə görə bizim seçki sistemi, bizim demokratiya qarşı kiber hücum onun özü tərəfindən idarə edilib."

Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya hakerlərinin Klintonun prezident kampaniyası haqda xoşagəlməz emaillərin sızması məqsədilə Demokrat partiyasının komyuterlərinə müdaxilə etdiyi haqda nəticə çıxarıb. Bunun respublikaçı namizəd Donald Trampın qələbəsinə kömək məqsədilə edildiyi bildirilir.
Moskva bu iddiaları gülünc adlandırıb.

Demokrat partiyasından prezident namizəd deyib ki, Putinin ona mənfi münasibəti onun 2011-ci ildə dövlət katibi olduğu zaman Rusiyada parlament seçkilərinin saxtalaşdırıldığını deməsilə əlaqədardır.

Klinton bu açıqlamaları prezident Barak Obamanın cümə günü Ağ Evdə mətbuat konfransı zamanı Putinlə sentyabr ayında Demokrat partiyasının kompyuterlərinə müdaxilə məsələsini müzakirə etdiyini dediyi bir vaxt verib.

Prezident Obama bundan sonra hakerliyin davam etdirilmədiyini bildirib.
Obama Klintonun məğlubiyyətində hakerliyin rolu oluğunu fikirləşib-fikirləşmədiyi ilə bağlı suala birbaşa cavab verməyib. "Bu məsələni müzakirə etməyi bu şəhərin bütün oxumuş alimlərinə həvalə edirəm."

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG