Accessibility links

Klod Monenin əsəri hərracda 110.7 milyon dollara satılıb


Fransız rəssam Klod Monenin rəsm əsəri çərşənbə axşamı hərracda 110.7 milyon dollara satılaraq, impressionizm janrında rekord əldə edib.

Əsərin satışı ilə məşğul olan Nyu-Yorkun Sotheby hərracı 100 milyondan artıq dollara satılan kətan üzərində yağlı boya ilə impressionizm janrında çəkilən əsərin Monenin “Saman tayası” silsiləsinə daxil olan 25 əsərindən biri olduğunu bildirib.

Bu, Monenin hərracda ən yüksək məbləğə satılan əsəridir.

“Saman tayası”nda Mone Fransanın Jiverni bölgəsində qonşusuna məxsus buğda fermasında məhsul yığımını təsvir edir.

Çərşənbə axşamı satılan əsər şəxsi əllərdə olan bir neçə əsərdən biridir. Adı açıqlanmayan alıcı hərracdakı digər beş nəfəri üstələyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG