Accessibility links

Kəşmirdə hind qüvvələri ilə separatçılar arasında toqquşma baş verib


Kəşmirdə hind qüvvələri ilə separatçılar arasında toqquşma baş verib
Kəşmirdə hind qüvvələri ilə separatçılar arasında toqquşma baş verib

Hindistanla Pakistan arasında ikiyə bölünmüş Kəşmir vilayətində hind qüvvələri ilə toqquşmada azı beş militant və bir zabit həlak olub.

Ordu sözçüsü deyir ki, toqquşma militantların Pakistanın nəzarətində olan ərazidən Hindistana məxsus Qurez sektoruna daxil olduqdan sonra başlayıb.

Kəşmir Hindistanla Pakistan arasında bölünüb və hər iki dövlət bu əraziyə tamlıqla iddia edir. Müsəlman separatçılar illərdir ki, Kəşmirin Hinidstandan ayrılaraq Pakistana birləşməsi uğrunda vuruşurlar. Mübarizə əsnasında minlərlə adam ölüb.

XS
SM
MD
LG