Accessibility links

Amanda Noksa qarşı yenidən cinayət işi qaldırılıb


İtaliyanın Ali Cinayət Məhkəməsi amerikalı Amanda Noks və onun sabiq sevgilisi, italiyan Rafael Sollesitonun 2007-ci ildə Noksun qonşusunun qətlində əli olmadığı barədə qərarı ləğv edərək, cinayət işinə yenidən baxilmasına qərar verib.

Apellyasiya məhkəməsi 25 və 26 il həbs cəzasına məhkum edilən Noks və Sollesitonun günahkar olmadıqlarını isbat edərək, 2011-ci ildə onları azad etmişdi. Prokurorlar cinayət işini Kassasiya Məhkəməsinə vermək üçün vaxt istəmiş və bu gün işə yenidən baxilması barədə qərar çıxarılmışdır.

Noks isə məhkəməyə yazılı müraciətində prokurorların çıxardığı yeni qərarın tamamilə əsassız və ədalətsiz olduğunu bildirib. Noksun vəkili də bu qərara etirazını bildirib.
XS
SM
MD
LG