Accessibility links

Koalisiya qüvvələrinin təyyarələri İraqda İŞİD düşərgələrini dağıdıb


ABŞ hərbi qüvvələrinin Mərkəzi Komandanlığı İslam Dövləti qrupunun İraqın ucqar bölgəsində gizləndiyi üç düşərgənin dağıdıldığını bildirib.

Mərkəzi Komandanlığın bəyanatında İŞİD əleyhinə koalisiyanın təyyarələrinin İraq hokuməti ilə koordinasiya edilmiş şəkildə cümə günü Kərkük vilayətinin ucqar Vadi Əl-Şay hissəsində düşərgələri dağıtdığı haqda məlumat verilir.

“İŞİD-in gizləndiyi yerlərin partladılması nəticədə şəhərlər və kəndlərdə təhlükəsizliyə gətirib çıxaracaq” – deyə, polkovnik Mayls Caqqins bildirib. O, koalisiya qüvvələrinin zərbələrinin “militantların tam məğlubiyyətinə nail olmaq üçün” İraq hökumətinin müraciəti əsasında endirildiyini əlavə edib.

ABŞ-ın əks-terror rəsmilərinin bu yaxınlarda verdiyi qiymətləndirməyə əsasən, İslam Dövləti qrupunun döyüşçüləri və davamçıları terror qrupunun İraq və Suriyada özünün xilafəti elan etdiyi ərazilərdə süqutundan sonra daha təhlükəli olublar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG