Accessibility links

Koalisiya qüvvələri İŞİD-un Suriyadakı son istehkamına yaxınlaşmaqdadır


ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyada İŞİD-in nəzarətində olan son ərazidəki məscidə havadan hücuma keçib.

İŞİD-in məsciddən komanda və nəzarət obyekti kimi istifadə etməsi onun müdafiə statusunu itirməsinə səbəb olub

Koalisiyanın bəyanatında bildirilir ki, Baqhuz bölgəsindəki hücum Suriya Demokratik Qüvvələrinin (SDF) dəstəyi ilə həyata keçirilib.

"İŞİD-in məsciddən komanda və nəzarət obyekti kimi istifadə etməsi onun müdafiə statusunu itirməsinə səbəb olub," deyə, koalisiya qüvvələrinin britaniyalı general-mayoru Kristifer Qika bildirib.

ABŞ-ın dəstəklədiyi əsasən kürdlərdən ibarət SDF İŞİD-un Bağuzdakı mövqeyinə yaxınlaşmaqdadır.

ABŞ rəsmiləri İŞİD yaraqlılarının mühasirəyə alındığını bildirir.

Yerli mənəblərin dediyinə görə, yaraqlıların təslim olmaq niyyəti yoxdur.

ABŞ prezidenti Donald Tramp bu günlərdə bəyan etmişdi ki, yaxın zamanda Suriya ərazisi 100 faiz “İslam dövləti” qrupundan təmizlənəcək.

ABŞ-ın müdafiə və kəşfiyyat rəsmiləri Suriyada hələ də 1500-ə yaxın İŞİD yaraqlısının qaldığına inansa da, dəyərləndirmədə ehtiyatlıdırlar.

Donald Tramp ötən dekabrda ABŞ-ın 2,000 əsgərlik hərbi qüvvəsini Suriyadan çıxarmaq qərarını elan etməklə ABŞ millət vəkillərini və beynəlxalq müttəfiqləri təəccübləndirmişdi.

Cim Mattis bu qərardan bir neçə gün sonra müdafiə naziri vəzifəsindən istefa verib.

Tənqidçilər bildirir ki, Suriyada ABŞ qoşunlarının çıxarılmasından sonra yaranacaq boşluqda İŞİD və Əl-Qaidə qüvvələri yenidən baş qaldıra bilər. Bu qüvvələrin müəyyən elementləri İraqda da qalır.

XS
SM
MD
LG