Accessibility links

Kobani qaçqınları evlərinə geri dönmək üçün Türkiyə sərhədinə toplaşıb


Suriyanın Kobani qəsəbəsini əks etdirən şəkillər qəsəbənin viran vəziyyətdə olduğunu göstərir.

Kürd döyüşçüləri ABŞ hava hücumlarının dəstəyi ilə aylarla gedən döyüşlərdən sonra Kobanidə nəzarəti ələ alıblar.

Şəhərin viran qalmasına baxmayaraq, yüzlərlə Kobani qaçqını Türkiyə sərhədinə evlərinə geri dönmək üçün toplaşıb.

Kürd qüvvələri çərşənbə günü qaçqınların qarşısını alaraq şəhər ətrafında döyüşlərin hələ də davam etdiyini bildirib.

Kobaninin qubernatoru Ənvər Moslem Amerikanın səsinə bildirib ki, İslam Dövləti döyüşçüləri hələ də şəhər üçün təhlükə olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bayden ABŞ-ın Avropadakı hərbi mövcudluğunu gücləndirəcəyini deyib
please wait

No media source currently available

0:00 0:11:23 0:00
XS
SM
MD
LG