Accessibility links

Kobe Bryantın xatirəsi üçün divar rəsmləri


Kobe Bryantın xatirəsi üçün divar rəsmləri
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Fevral ayının sonlarında Los Ancelesdəki Staples Mərkəzində basketbol əfsanəsi Kobe Brayant və qızı Gianna üçün təşkil edilən anım mərasimində təxminən 20 min insanın iştirak edəcəyi gözlənilir. Dünya boyu Brayant pərəstişkarları hələ də onun qəfil və faciəli ölümünə görə yas saxlayırlar.

Əfsanəvi basketbol oyunçusu Kobe Brayantın qəfil ölümündən sonra Los Ancelesdə divarlarda onu təsvir edən küçə rəsmləri görünməyə başlayıb. Rəsmlərin bir çoxunda Kobe helikopter qəzasında onunla birlikdə həyatını itirən 13 yaşındakı qızı Gianna ilə təsvir edilir. Həmin qəzada onlarla yanaşı daha yeddi nəfər həyatını itirmişdi.

Bu divar rəsmləri azarkeşlərin toplaşıb, oyunçunu yad etmək məkanlarına çevrilib.

"Los Ancelesə gəlməkdə məqsədimiz Kobe Brayant və qızı Giannaya öz sevgimizi göstərməkdir. Bura gələrək sevgimizi göstərir və onu təsvir edən divar rəsmləri ilə foto çəkdiririk."

Belə əsərələrdən birinə Los Ancelesin La Brea məhəlləsində rast gəlmək mümkündür. Los Ancelesdə yaşayan küçə rəssamı Tierri Mr. Breinvoş Quetta tərəfindən hazırlanan bu divar rəsmində Brayantın karyerası boyu əldə etdiyi nailiyyətlərini və ruhlandırıcı sitatlarını vurğulayan qəzet məqalələri təsvir olunub.

Bu əsər həmdə ona görə unikaldır ki, bura gələn azarkeşlər əsərin üzərində vəfat etmiş qəhrəman üçün öz ürək sözlərini yazıb, imzalarını ata bilərlər.

"O, təkcə basketbol dünyasında deyil, hər kəs üçün bir əfsanə idi. O hər kəsi əllərindən gələn ən yaxşısını etməyə təşviq edirdi. Buna görə də düşünürəm ki, Kobe Brayant və GIGI-nin divar rəsmləri hər kəsin onları xatirəsində yaşatmalarına kömək edəcək"

"O sanki bir ikona idi. O çox yaxşı basketbol oyunçusu və eyni zamanda ailəcanlı bir insan idi. Onun uşaqları ilə necə rəftar etdiyini görmüsünüz? O hər zaman müsbət əhval ruhiyyədə idi. Hər kəs ona pərədtiş edirdi. Kobe Maykl Cordanla birlikdə mənim ən çox sevdiyim basketbolçulardan biri idi."

Bir digər küçə rəsminə isə Melrose məhəlləsində Shoe Palace adlı məşhur küçə geyimi mağazasının divarında rastlamaq olar. Burada ziyarətçilərə "Los Angeles Lakers" komandasının ulduzuna ürək sözlərinin yazıldığı kağızlar yapışdırmaq tövsiyə olunur.


"Biz onun ölümünü eşitdikdən sonra buraya bir çox insanın gəlməyə başladığını gördük. Bəziləri güllər, bəziləri isə xatirə əşyaları gətirərək, öz ürək sözlərini buraya yapışdırmaq isəyirdilər. Buna görə də mən bir neçə qeyd dəftərçəsi götürüb orada bir neçə qeydlər yazdb yapışdırdım və işçilərimlə birlikdə hamının görə biləcəyi bir platforma yaratdıq. Beləliklə biz oraya çox sayda kağız yapışdırdıq ki, insanlar öz ürək sözlərini yaza bilsinlər və Kobenin yaxşı və pis anlarını, Kobenin onlar üçün nə ifadə ediyini xatırlasınlar."

Kamera qarşısında görünmək istəməyən küçə rəssamı JC Ro bildirir ki, o, dörd il əvvəl yaratdığı bu əsərin basketbol əfsanəsinin ölümündən sonra icma üçün daha çox məna kəsb edərək əhəmiyyətli olmağa başladığına görə həm sevinir, həm kədərlənir.


"Düşünürəm ki, kağızın kövrək olması və hər bir notdakı mesajların çox mənalı olması kağızı xüsusi ilə ukinal və əhəmiyyətli edir. Sanki bu bizə həyatın həm olduqca kövrək və həm də olduqca mənalı olduğunu göstərir".


Kobe Brayant və qızı 7 fevralda ictimaiyyətə qapalı mərasimdə Brayant ailəsinin Kaliforniyanın cənubundakı evinin yaxınlığında dəfn edilib.

XS
SM
MD
LG