Dilan və Meqan Dodca baxanda onların kompüter oyunları oynadığını düşünə bilərsiniz. Amma əslində, onlar çox sadə kompüter kodları ilə musiqi hazırlayırlar.
“Bu, uşaqlar böyüyəndə, müasir zamanda, onların ehtiyac duyacağı analitik qabiliyyətdir.”
Osmo Coding Jam oyununun müəllifləri isə hesab edirlər ki, kod yazmaq yalnız analitik qabiliyyətdən ibarət deyil.
“Biz bu yolla kodlaşdırmanın yaradıcı tərəflərini nümayiş etdirmək istəyirik.”
“Bu, uşaqların toplamağı xoşladığı Leqo oyunlarına bənzəyir. Sadəcə bu halda onlar qala va ya ev yox, kodlardan ibarət bir bina toplayırlar.”
“Fikrimcə, texnologiyanın dəyişməsinin və daha cəlbedici olmasının səbəblərindən biri ona yaradıcı elementlərin əlavə edilməsidir. Bu, yalnız kodlar və ya düymələr deyil. Bu kodlaşma təcrübəsinin özüdür. Düşünürəm ki, biz bura yaradıcılıq elementi əlavə etməsək, uğurlu ola bilmərik.”
Proqramçılar deyirlər ki, insanlar kodlaşdırmaya istədikləri şeyi hazırlamaq üçün lazım olan alət kimi yanaşmalıdırlar. Kod bu oyunun düzəldilməsi üçün istifadə edilib. Uşaqlar da eyni cür kodlarla musiqi yaradırlar.
“Məncə, bu prosesin ən gözəl tərəfi odur ki, biz uşaqlara kodların istifadəsində təxəyyüllərini istifadə etməyi öyrədirik. Bu, uşaqların rahatlıqla bacarmalı olduqları vacib bir şeydir.”
Son zamanlar çoxlu sayda uşaq kodlaşdırma öyrənir. Bu isə daha çox valideynin kodlaşdırmanı uşaqları öyrənməli olduqları ikinci dil kimi qəbul etməsinə işarədir.
“Məncə, karyeranın istinilən mərhələsində irəli getmək üçün kodlaşdırmanın konsepsiyasını ən azından anlamaq yardımlarına gələcək.”
“Biz sadə işçilər deyil, yaradıcı insanlar inkişaf etdirmək istəyirik.”
Bu proqramçılar deyirlər ki, beynin yaradıcı hissəsini fəallaşdırmaq, yeni bir dil öyrənmək qədər əhəmiyyətlidir.