Accessibility links

Kofi Annan vəfat edib


Dünyanın ən məşhur diplomatlarından biri hesab edilən və Birləşmiş Millətlər Təşkilatının ilk afrikalı baş katibi Kofi Annan 80 yaşında vəfat edib.

Onun ölüm xəbərini şənbə İsveçrədə Kofi Annanın fondu Twitter vasitəsilə edib. Fond onun adını açıqlamadığı xəstəlikdən qısa müddət sonra dünyasını dəyişdiyini bildirib.

"O, ehtiyac və iztirabın olduğu hər yerə əlini uzadıb və dərin şəfqət və empatiya hissi ilə bir çox insanın ürəyinə toxunub"- deyə, fondun bəyanatında bildirilib.

Annan demək olar bütün karyerasını Birləşmiş Millətləş təşkilatında rəhbər olaraq keçirib. Onun aristokratik stili və siyasi anlayışı onun təşkilatın yeddinci baş katibi və təşkilat daxilindən seçilən ilk baş katibi olmasına gətirib çıxardı. O, 1997-ci ilin yanvarın 1-dən 2006-cı ilin dekabrın 31-nədək iki müddət baş katib vəzifəsində çalışıb. 2001-ci ildə isə Annan və BMT-yə Nobel Sülh Mükafatı verilib.

Vəifəsi müddətində Annan dünya qurumunun böyük çətinlikləri və qalmaqalları ilə üzləşib. Vəzifəyə gələndən bəri üzləşdikləri problemlər səbəbilə o, vaxtının böyük hissəsini ləkələnən reputasiyasını bərpa etməyə sərf edib.

Lakin bu müddətdə onun davamlı mənəvi nüfuzuna xələl gəlməyib. Buna səbəb onun xarizması və demək olar bütün dünya qüdrətləri ilə danışıqlar aparması olub.

Birləşmiş Millətlər Təşkilatını tərk edərkən Kofi Annan qurum sülhməramlılıq işləri də daha yaxından məşğul olur, yoxsulluğa qarşı daha sərt mübarizə aparırdı.

XS
SM
MD
LG