Accessibility links

Kohenin ifadələri - keçmiş vəkili Trampa qarşı


Kohenin ifadələri - keçmiş vəkili Trampa qarşı
please wait

No media source currently available

0:00 0:03:07 0:00

ABŞ prezidenti Donald Trampın keçmiş şəxsi vəkili Maykl Kohen Konqresdə qanunvericilər qarşısında ifadə verib. Kohen qanunvericilərə Trampın WikiLeaks saytı tərəfindən onun 2016-cı ildə demokrat opponenti olan Hillari Klintonun imicinə zərər vuran informasiyanın açıqlanacağından xəbəri olduğunu deyib. Bir neçə saat sürən dinləmələr zamanı Kohen respublikaçıların onun prezident Trampla bağlı irəli sürdüyü iddialara görə kəskin etirazı ilə qarşılaşıb.

Maykl Kohen on il vəkili olduğu Donald Trampla bağlı kəskin ifadələr işlədib.

“O, irqçidir. O, fırıldaqçıdır. O, yalançıdır. O, Rocer Stounun Demokratların Milli Komitəsinin emaillərinin WikiLeaks saytı tərəfindən açıqlanmasını Culian Assanjla müzakirə etdiyini bilirdi.”

Trampın kampaniyasının Hillari Klintona zərər vuran informasiyasının açıqlanmasında rolu Kohenin Konqresə yalan söylədiyinə görə həbsindən öncə həqiqəti söyləmək üçün son şansdan istifadə etdiyi zaman üzə çıxdı.

“O, mənim gözümə baxıb, Rusiyada bisnesi olmadığını deyirdi və mənim sonra Amerika xalqına da eyni şeyi deməyimi söyləyirdi. O bu yolla mənim yalan söyləməyimi istəyirdi.”

Kohen Rusiya və Trampın kampaniyası arasında əlaqənin olduğuna dair birbaşa dəlilin olmadığını bildirib.

Lakin o başqa qalmaqalla əlaqədar aldığı çekin surətini təqdim edib.

“Prezident Tramp şəxsən 2017-ci il avqustun 1-də Birləşmiş Ştatların prezidenti olduğu zaman bankdan öz şəxsi hesabından çekə imza atıb.”

Bu ödəniş 2016-cı seçkisindən 10 il əvvəl Trampla intim əlaqədə olmuş porno film ulduzu Stormi Daniyelin susması üçün edilib. Kohen qanunvericilərə deyib ki, bu, Trampın yalanlarına nümunələrdən biridir.

“O bu ölkəyə liderlik etmək niyyətində və istəyində deyil, yalnız özünü reklam etmək və öz sərvəti və gücünü artırmaq istəyir.”

Lakin respublikaçılar deyiblər ki, məhkum olmuş Kohen şahid kimi ən uğursuz şəxsdir.

Respublikaçı konqresmen Mark Qrin: “Əgər demokratlar həqiqəti axtarırlarsa, onlar burada ifadə vermək üçün dürüst adam seçərdilər.”

Respiblikaçılar Kohenin prezidentə şəxsi qərəzliyə görə hücum etdiyini iddia edir.

Respublikaçı konqresmen Com Cordan: “Siz Ağ Evdə işləmək istəyirdiniz. Sizi rəqsə dəvət etmədilər.”

Demokratlar isə Kohenin Trampın necə idarə etdiyinə dair ifadələrinin etibarlı olduğunu bildirir.

Demokrat nümayəndə Caki Speyer: “Onun öz dərisini xilas etmək üçün heç bir şey qarşısında dayanmayacağına dair dəlillər artır. Mən onu nəzərdə tuturam ki, o, ədalətə mane olacaq və qanunu pozacaq.”

Lakin bunun prezidenti impiç edilməsi üçün kifayət olub-olmadığı aydın deyil.

Demokrat konqresmen Ceymi Raskin: “Mənim fikrimcə, ən ciddi cinayətlər törədilib. Biz bu cinayətlərin respublika əleyhinə, demokratiya əleyhinə olub-olmadığı ilə bağlı sual qaldırmalıyıq və fikrimcə, Amerika bu dialoqa qatılmalıdır.”

Demokratların çoxu bu məsələnin xüsusi prokuror Robert Müllerin Rusiya ilə əlaqələrə dair təhqiqatının nəticələrini açıqlamayana qədər həll olmayacağını deyir.

XS
SM
MD
LG