Accessibility links

Köhnə təkərlər yanacağa çevrilir [Video]


Köhnə təkərlər yanacağa çevrilir
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Köhnə təkərlər yanacağa çevrilir

Günəş və külək enerjisi kimi bəzi enerji mənbələri bərpa oluna, bəzi digər enerji mənbələri isə təkrar istifadə oluna bilir. İndi isə təkrar istifadə oluna bilən enerji sənayesində köhnə təkərlər və qatılaşmış yağlara maraq artır.

Bütün dünyada zibilxanalar atılmış təkərlərlə doludur və onlar heç vaxt tərkib hissələrinə ayrılmır.

Biz dizel yanacağından sement və kərpic zavodunda alternativ yanacaq kimi istifadə edirik. Karbon və ya qara kömürdən isə mürəkkəb və ya yenidən təkər istehsalında xammal kimi istifadə edirik.
Mustafa Səid Əli

Qahirədə bir qrup mühəndislik tələbəsi isə bu təkərləri kiçik parçalara ayıran bir qurğu düzəldib.

Konteyner alovla istilənir və beləcə buxarlanma prosesi başlayır. Bununla da təkərlər dizel yanacağına və qara karbona çevrilir.

“Biz dizel yanacağından sement və kərpic zavodunda alternativ yanacaq kimi istifadə edirik. Karbon və ya qara kömürdən isə mürəkkəb və ya yenidən təkər istehsalında xammal kimi istifadə edirik. Biz həmçinin ondan stadionlarda döşəmə kimi istifadə edirik”, deyə mühəndislik tələbəsi Mustafa Səid Əli bildirir.

12 tələbədən ibarət komanda bu cihazı buraxılış layihəsi üçün hazırlayıb. Onun dizaynını tərtib etmək üç, qurğunu hazırlamaq isə yeddi ay vaxt alıb. İndi tələbələr layihələrini təkmilləşdirmək üçün investorlar axtarır.

Bir başqa yenidən istifadə oluna bilən enerji mənbəyi qatılaşmış yağlarda və ya kanalizasiya və su təmizləmə təsislərində yığılıb qalan tullantılarda tapılıb.

“Yağlanmış və iylənib, zibilə atılan hər şey artıq bizim üçün istifadəyə yararlıdır. Biz onları enerjiyə, yük maşınları və avtobuslar üçün yanacağa çevirə bilirik”, deyə Argent Energy-nin korporativ əlaqələr üzrə direktoru Dikon Posnett bildirir.

Britaniyada fəaliyyət göstərən Argent Energy çox-addımlı proseslə xarab olmuş, iylənmiş xammalları yüksək keyfiyyətli biodizelə çevirir. İlk öncə, bərk cismlər tullantı sulardan filtrdan keçirilərək ayırılır, daha sonra isə kimyəvi katalizator yağ-tərkibli qalıqları sudan ayrıla bilən maddəyə və ardınca distilə edilərək biodizelə çevririr.

“İndi isə biz onu normal dizellə qarışdıracağıq və bütün ölkədəki avtobus şirkətlərinə verəcəyik. Beləcə onları ətraf mühit üçün yararlı yanacaqla təmin edəcəyik”, Argent Energy-dən Hezer Svinbank söyləyir.

Bu prosesdən hər kəs qalib çıxır: həm təkərlər və yağları yanacağa çevirən şirkərlər, həm bu materialları istifadə edən bizneslər, həm də ətraf mühit.

XS
SM
MD
LG