Accessibility links

Ailə üzvləri və yaxınları Kolin Pauelli son mənzilə yola salmaq üçün bir araya gəlib


Ailə üzvləri, dostları və keçmiş həmkarları cümə günü Bronksda anadan olub böyüyən və Birləşmiş Qərargahlar Rəislərinin ilk qaradərili rəisinə qədər yüksələn və daha sonra ilk qaradərili Baş katib vəzifəsini icra edən əsgər və diplomat Kolin L. Paueli son mənzilə yola salmaq üçün Vaşinqtoun Milli Kafedralına toplaşıb.

Soyuq və günəşli bir gündə dəfn mərasimi geniş siyasi və hərbi sahələrdən olan insanları da cəlb edib. Onların arasında keçmiş prezidentlər Corc Buş və Barak Obama, keçmiş dövlət katibi Ceyms Beyker, Kondoliza Rays və Hillari Klinton, keçmiş müdafiə naziri Robert Geyts və Birləşmiş Qərargahlar rəisi, ordu generalı Mark Milli və digər şəxslər olub.

Duayt Eyzenhouer də daxil olmaqla, bir neçə keçmiş prezidentin dəfn mərasiminə ev sahibliyi edən kafedrala toplaşan qonaqlar Pauellin sevdiyi Abbanın "Rəqs edən kraliça"sı da daxil olmaqla, ABŞ ordusunun Brass Kvintetinin ifasında bir sıra melodiyalar dinləyib.

Prezident Co Bayden mərasimdə iştirak etsə də, çıxış etməyib. Mərasimdə ABŞ-ın son iki prezidenti iştirak etməyib - xəstəlikdən sonra sağalmaqda olan Bill Klinton və Pauellin tənqid etdiyi Donald Tramp.

Çıxış edənlər arasında ölkənin ən yüksək diplomatı olarkən Pauellin sələfi Madlen Olbrayt və Pauell dövründə dövlət katibinin müavini, Reyqan administrasiyası dövründə Pentaqonda birlikdə xidmət etdiyi Riçard Armitac və Pauelin oğlu Maykl da olub.

ABŞ-ın ilk qaradərili dövlət katibi və yüksək rütbəli zabiti Kolin Pauell 84 yaşında COVID-19-un fəsadları səbəbindən dünyasını dəyişib.

XS
SM
MD
LG