Accessibility links

Amerikalı milyarder 400-ə yaxın tələbənin təhsil borcunu ödəyəcək


Robert Smit
Robert Smit

Birləşmiş Ştatların Atlanta şəhərindəki Morehouse kollecinin 400-ə yaxın tələbəsinə gözlənilmədən böyük bir hədiyyə edilib.

Texnologiya üzrə investor, xeyriyyəçi milyarder Robert Smit bazar günü kollecdə keçirilən buraxılış mərasimində çıxışı zamanı bütün məzunların qalan təhsil borcunu ödəyəcəyini bəyan edib.

Çoxunun kollecə on minlərlə dollar borcu olan tələbələr mərasim bitdikdən sonra sevinc hissi ilə yanaşı şok vəziyyətində olub.

Robert Smit mərasimdən əvvəl kollecin hesabına 1.5 milyon dollar köçürdüyünü elan edib. Kollecin 2019-cu il məzunlarının borcu təxminən 40 milyon dollardır.

Morehouse tarixən qaradərililərin təhsil aldığı kollecdir. Amerikada vətəndaş hüquqları uğrunda mübariz Martin Lüter Kinq, Oskar mükafatı laureat almış rejissor Spayk Li və aktyor Samuel Cekson kollecin məzunları arasındadır.

Tələbələrin təhsil borclarını ödənilməsi ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində Demokrat Partiyasından namizədliklərini irəli sürmüş siyasətçilərin diqqət mərkəzindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG