Accessibility links

Kolorado ştatında məktəbdə atışma


ABŞ-ın Kolorado ştatında rəsmiləri bildirib ki, çərşənbə axşamı məktəbdə iki silahlı oğlan şagird bir sinif yoldaşlarını güllələyərək öldürüb, digər səkkiz nəfəri yaralayıb.

Hücum ştatın paytaxtı Denver şəhərinin cənubunda yerləşən STEM School Highlands Ranch-da iki fərqli ərazidə baş verib.

Duqlas rayon şerifi Toni Spurlok müxbirlərə deyib ki, polis silahlı hücum barədə məlumat verildikdən bir neçə dəqiqə sonra məktəbə gəlib və müqavimət göstərdiklərindən sonra şübhəlilərin hər ikisini həbs edib.

“Bu dəhşətli hadisədir. Heç kim yaşadığı icmada belə bir hadisənin baş verməsini istəmir. Biz bu hadisəni araşdıracağıq. Biz hadisə ilə bağlı hələlik ətraflı məlumat verə bilməyəcəyik”- deyə, şerif Toni Spurlok bildirib.

Şübhəlilərdən birinin 18 yaşı var. Digəri isə yeniyetmədir. Şerif onların heç biri barədə bundan əvvəl polisdə məlumatın olmadığını bildirib. Hadisədən sonra uşaqlarını məktəbdən götürməyə tələsən valideynlər yaxınlıqdakı istirahət mərkəzinə göndərilib.

“Mənim uşaqlarımın hər üçü bu məktəbə gedir. Və uşaqlar mənə mesaj yazaraq stolun altında gizləndiklərini və güllələrin pəncərəyə dəydiyini bildirib. Bu dəhşətli idi”, valideynlərdən biri Sara Marks deyib.

Ağ Ev təhqiqatın davam etdirildiyi zaman icmaya və polisə dəstəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG