Accessibility links

Kolorado parkında keçmişə ekskursiya [Video]


Kolorado parkında keçimə ekskursiya
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Kolorado parkında keçimə ekskursiya

Nyu Meksikada yerləşən Gila qaya məskənləri insanda dərin təsirlər buraxır. Lakin, milli parklar səyyahı Mikah Meyerin Kolorada Milli Parkında kəşf etdiyi Mesa Verdi qaya məskənləri başlı-başına yeni bir möcüzədir.

Bu ərazilər təxminən 1500 il bundan əvvəl Mesa Verdi qayalıqlarında kəndlər salan Ankestal Pueblo əhalisinin vətəni olub.

Onların mədəniyəti hazırda “Dörd Künc” adlanan ABŞ-ın 4 ştatını, Kolorado, Nyu Meksika, Arizona və Yutah-I əhatə edirdi.

Qayalıqlarda yerləşən Mesa Verdi Eyvan Məskənində sıldırım boyunca gəzinti turu mövcuddur. Parkı işçiləri tərəfində müşayiət olunan tur iştirakçıları əsas ərazilərə çatmaq üçün10 metr hündürlüyündə nərdivanla dırmaşmaq və tunellərdən keçmək məcburiyyətindədirlər.

Bu qədər əziyyətin mükafatı olaraq isə dini və sosial yığıncaqların keçirilməsi üçün nəzərdə tutulan 40 otaq və 2 Kivasdan ibarət dairəvi tikilini yaxından görmək imkanı əldə edirlər.

Yaşayış məskənləri uçurumun kənarında yerləşdiyi üçün bura gələn qonaqlar əsrarəngiz görüntü ilə qarşılaşırlar.

Turistlər Eyvan Evi ilə yanaşı ikinci ən böyük qayalıq məskəni olan Uzun Evə də şəyahət edə bilərlər. 2 saat davam edən bu səyahətə 3,6 km-lik gəzinti və 2 nərdivan dırmaşmaq daxildir.

Klif sarayı Şimali Amerikanın ən böyük qayalığıdır. 150 otaq və 21 kivasdan ibarət olan bu saray böyük bir şəhəri xatırladır.

Ziyarətçilər arxitekturanın ecazkar gözəlliyini görmək üçün daş pilləkənlərdən aşağı enib, nərdivanlar vasitəsilə 3 metr dırmaşmaq məcburiyyətindədirlər.

Qaya məskənləri 1300-cü ildə tərk edilib. Lakin, bu yer 800 il sonra Mikah Meyer kimi gözəllik və tarix görmək istəyən insanları yenidən özünə cəlb etməyə başlayıb.

XS
SM
MD
LG